Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda sülhməramlıların müddətinin uzadılması bizə hansı təhlükələri vəd edir?

Qarşıda hələ üç il olduğu halda Rusiya Qarabağda sülhməramlıların müddətinin uzadılması üçün hər varianta əl atır...

Politoloq: “Artıq 10 noyabr Bəyanatından iki il keçməsinə baxmayaraq, bəyanatın bir sıra maddələri icra olunmayıb”.

“Sülhməramlıların mandatının olmaması böyük problemlərə yol açır. Mandat müəyyənləşdirilərkən isə Ermənistan tərəfi burada heç bir razılaşmanın tərəfi ola bilməz”.

Bu sözləri politoloq İlyas Hüseynov Qarabağdakı məsələlərin uzadılmasını PİA.az-a şərh edərkən qeyd edib.

İki ildir ki, müharibənin bitməsinə baxmayaraq, Rusiya hərbi kontingentinin yerləşdiyi ərazilərə Azərbaycanın perespektiv nəzarəti barədə hələ ki, real görünə biləcək siyasi proseslər, planlar, konkret razılaşmalar yoxdur. Aydın məsələdir ki, Rusiya Qarabağda sülhməramlıların müddətinin uzadılması üçün hər varianta əl atır.

Bəs bu zamanın uzadılması hansı təhlükələri yarada bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Əgər müharibə sonrası Rusiyanın planları baş tutmazsa, nəinki Cənubi Qafqazda, digər bölgələrdə də, Kremlin mövqeyi zəifləyəcək”.

Azərbaycan üçün tarixi fürsətin yaradığını vurğulayan politoloq PİA.az-a bildirib ki, rəsmi Bakı hazırda yaranan geosiyasi vəziyyətdən maksimum dərəcədə istifadə etməlidir:

“Artıq 10 noyabr Bəyanatından iki il keçməsinə baxmayaraq bəyanatın bir sıra maddələri icra olunmayıb. İlk növbədə bölgənin təhlükəsizliyinə təhdid törədən məqamlara diqqət yetirmək lazımdır. Üçtərfli birgə bəyanatın 4-cü bəndinə görə Rusiya Silahlı Qüvvələrinin sülhməramlıları bölgəyə yerləşməklə paralel olaraq Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri regionu tərk etməli idilər. Təəssüflər olsun ki, 2 il ərzində bu qüvvələrin çıxarılmasını şahidi olmadıq. Əksinə terrorçular, muzdlular, bölgədə təhlükəsizliyə təhdid törədən şəxslər bölgəyə daşındı.

Eyni zamanda bölgəyə silah nəql olundu. Sülhməramlıların Laçın dəhlizi vasitəsilə qeyri-qanuni fəaliyyətin icra olunmasına susması faktlarla müşahidə olunurdu. Bu isə sülhməramlıların öz vəzifələrinin öhdəsindən gəlmədiklərini, daha doğrusu gəlmək istəmədiklərini göstərir. Məhz bu xüsusda sülhməramlıların bölgədə olma müddətinin uzadılması hələ açıq qalır. RusiyaErmənistan tərəfi sülhməramlıların bölgəyə olma müddətinin uzadılmasında maraqlıdırlar. Bu istiqamətdə də çıxış edirlər.

Amma Azərbaycanın mövqeyi getdikcə fərqli məcraya yönəlir. Orada olan etnik ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası, eləcə də Qarabağ iqtisadi zonası üzərində tam suverenliyin bərqərar olunması əsas planlar sırasındadır. Hətta rəsmi Bakıya qarşı təzyiqlər olsa da, Azərbaycan bütün təzyiqlərin öhdəsindən böyük məharətlə gəlib.

İlyas Hüseynov: “Sülhməramlıların bölgədə olma müddətinin uzadılması hələ açıq qalır”.

Digər tərəfdən sülhməramlıların mandatının olmaması böyük problemlərə yol açır. Mandat müəyyənləşdirilərkən isə Ermənistan tərəfi burada heç bir razılaşmanın tərəfi ola bilməz. Bu istiqamətdə də hər hansısa danışıqlar yolverilməzdir. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda Rusiyanın mövqeyi kifayət qədər zəifləyib. Hətta Ukraynanın uğurlu əks hücum əməliyyatları Rusiyanı müharibəni dayandırmağa vadar edir.

Düşünürəm ki, əgər, müharibə sonrası Rusiyanın planları baş tutmazsa, nəinki Cənubi Qafqazda, digər bölgələrdə də, Kremlin mövqeyi zəifləyəcək. Bu da Azərbaycan üçün tarixi fürsət yaradır. Rəsmi Bakı bu yaranan geosiyasi vəziyyətdən maksimum dərəcədə istifadə etməlidir.

Hesab edirəm ki, artıq iki il yarımdan sonra Azərbaycan həyata keçirdiyi siyasi fəaliyyəti əməli praktiki müstəvidə icra edə bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Ən çox oxunanalar