Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taekvondo Federasiyasında Avropa çempionları ilə görüş olub - Foto

Azərbaycan Taekvondo Federasiyasında (ATF) Rumıniyanın paytaxtı Buxarestdə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyində uğur qazanmış komanda ilə görüş keçirilib.

Apasport.az saytının məlumatına görə, görüşdə ATF-in vitse-prezidenti Nağı Səfərov, baş katib Həmdiyyə Məmmədov, yığmanın baş məşqçisi İlkin Şahbazov və qitə çempionları Sabir Məmmədli (27 kq) və Nazim Məmmədov (30 kq) iştirak ediblər.

Nağı Səfrov yarışa iki taekvondoçu ilə yollanan və hər ikisinin qızıl medal qazanmasını uğurlu adlandırıb. O qeyd edib ki, gələcək uğurların təməli məhz aşağı yaş qruplarında qoyulur: “Bu gün əsas yığmada yer alan taekvondoçularının hər biri sizin kimi kiçik yaşlarından inamlı çıxışları ilə fərqləniblər və uğurlarını davam etdirirlər. Sizin də bu şansınız yüksəkdir. Ölkəmizin adını həmişə yüksəklərdə tutmaq üçün məşqlərinizi səylə davam etdirib, ümidləri doğrultmalısız. Federasiya da bunun üçün sizə daim dəstək olacaq. Qarşıdakı yarışlarda sizə uğurlar arzulayıram”.

Avropa çempionlarını təbrik edən Həmdiyyə Məmmədov da yeniyetmələri qarşıda daha məsul yarışların gözlədiyini vurğulayıb. O bildirib ki, qazandıqları uğuru davam etdirmək vacibdir və bunun üçün ölkəmizdə hər bir şərait var.

Baş məşqçi İlkin Şahbazov yaradılan şəraitə görə təşəkkür etdikdən sonra Sabir Məmmədli və Nazim Məmmədovun gözəl gələcək vəd etdiyini deyib. O bildirib ki, yarışdan öncə yetirmələri ilə söhbət edib və onların qələbələrində bu mühüm rol oynayıb: “Yaşlarının az olmasına baxmayaraq dedim ki, qarşıdan Zəfər Günü gəlir. Hər ikiniz yaxşı çıxış edib Buxarestdə Azərbaycan himnini səsləndirib, bayrağımızı yüksəklərə qaldıra bilərsiz. Ardınca isə çempionluğu Zəfər Gününə həsr edərik. Güclü rəqibləri olsa da, onlar verdiyi sözü tutdu və hər ikisi qızıl medal qazandı. Biz də bunu Zəfər Gününə həsr etdik. İnanıram ki, uğurun ardını növbəti yarışlarda da gətirəcəyik”.

Görüş iştirakçıları ardınca bu gün ad günü olan Nazim Məmmədova təbriklərini çatdırıblar və hər iki taekvondoçuya hədiyyələr təqdim olunub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

“Dünyanın sonu yaxınlaşır” - Qiyamətdən salamat çıxacaq o ölkəyə sığınmağa başladılar

"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub oldu: Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

Qəbiristanlıqda qətlə yetirilən Bəhmən "Qisas" əməliyyatında iştirak edibmiş

Pavel Durovun nələrdə ittiham olunduğu məlum olub

Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

DİN-dən xəbərdarlıq: Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay