Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbin İran planında niyə cənubi azərbaycanlılar yoxdur?

Qərb dövlətləri İranının gələcəyini şəkilləndirmək üçün kürdlərlə, bəluclarla, fars müxalif qüvvələri ilə danışıqlar aparır, təkcə azərbaycanlılarla danışıqlar aparılmır...

Politoloq: “İran coğrafiyasını təşkil edən xalqların əsas hissəsini təşkil edən Azərbaycan türklərinin bu prosesdə həlledici qüvvə olduğu hamıya bəllidir. Amma görünən odur ki, prosesi idarə edən qüvvələr onları hadisələrin həlledici mərhələsinə yaxın buraxmaq istəmirlər”.

“Digər ikinci dərəcəli etnik xalqlarla danışıqlar aparılması xəbərləri onu sübut edir ki, Qərb qüvvələri İranın parçalanmasında maraqlı deyillər. Sadəcə bununla İrana təzyiq etməyə çalışırlar”.

Bu sözləri politoloq Azər Qasımov Qərbin İranda azərbaycanlılardan başqa bütün etnik qurumlarla danışıqlar aparmasını PİA.az-a şərh edərkən qeyd edib.

Hazırda İran müxalifəti ilə işləmək üçün Qərb dövlətləri arasında mübarizə gedir. Qərb dövlətləri İranının gələcəyini şəkilləndirmək üçün, demək olar ki, bütün etnik qruplarla, o cümlədən, kürdlərlə, bəluclarla, çox saylı fars müxalif qüvvələri ilə danışıqlar aparılması haqda məlumatlar var. Təkcə cənibi azərbaycanlılarla belə danışıqlar aparılmır.

Bunun səbəbini nəylə izah etmək olar? Eyni zamanda ABŞ-ın İrandakı vəziyyətə təsir imkanları barədə nə demək mümkündür? Bu təsirlər ümumiyyətlə varmı?

Mövzunu PİA.az-ın əməkdaşı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımovla müzakirə edib.

Azər Qasımov: “Qərb üçün İran ərəb və türk dünyası üçün gizli silahıdır”.

İran azərbaycanlılarının prosesə ciddi qatılmasının Azərbaycan və Türkiyənin bu proseslərdə iştirakından çox asılı olacağını düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, ancaq bu zaman durum dəyişə bilər və Qərbin planlarının əksinə olaraq İranın parçalanması prosesi başlana bilər:

İran tarixinin həlledici anlarından keçir, desək, yanılmarıq. İran daxilindəki proseslər hələlik öz gizliliyini qoruyur. Görünüşdə rejimə qarşı xalqın üsyanı kimi görünsə də, mən düşünürəm ki, bu, hakimiyyət daxilində rəqabət içində olan qüvvələrin xalqdan istifadə edərək bir-biri üzərində üstünlük əldə etməsi üçün apardığı hakimiyyət içi mübarizədir.
İran coğrafiyasını təşkil edən xalqların əsas hissəsini təşkil edən Azərbaycan türklərinin bu prosesdə həlledici qüvvə olduğu hamıya bəllidir. Amma görünən odur ki, prosesi idarə edən qüvvələr, onları hadisələrin həlledici mərhələsinə yaxın buraxmaq istəmirlər. Deməli, məqsəd İranda xalqların azadlığı və ya İranın parçalanması deyil. Məqsəd deyilən səbəblər olsaydı, onda ilk növbədə azərbaycanlılar bunun üçün əsas hərəkətverici qüvvə ola bilərdi. Çünki İranın yenidən şəkillənməsini və sistem dəyişikliyini azərbaycanlılarsız təsəvvür etmək mümükn deyil. İranın parçalanmasında da Cənubi Azərbaycan faktoru əsas rol oynayacaq. Ancaq hazırda cərəyan edən hadislərin İranı parçalanmağa yönəldiyini demək hələ ki, olmaz. Ola bilsin ki, prosesin gedişatı xaotik olaraq zamanla bu istiqamətə yönəlsin. Lakin hazırda bu proses getmir.

Azər Qasımov: “Qərb yaxşı başa düşür ki, Azərbaycan türkləri ilə iş birliyi etmək İranın mütləq parçalanmasına gətirib çıxara bilər. Ona görə də azərbaycanlılardan kənar dururlar”.

Qərbin digər ikinci dərəcəli etnik xalqlarla danışıqlar aparması xəbərləri onu sübut edir ki, Qərb qüvvələri İranın parçalanmasında maraqlı deyillər. Onlar çalışır ki, bu xalqların yaşadığı ərazilərin istər ərəb, istərsə də Türkiyə sərhədlərinə yaxın ərazilərdə iğtişaşlar yaratsınlar ki, sonra bundan həmin ölkələrə təzyiq vasitəsi kimi istifadə edə bilsinlər. Qərb yaxşı başa düşür ki, Azərbaycan türkləri ilə iş birliyi etmək İranın mütləq parçalanmasına gətirib çıxara bilər. Ona görə də azərbaycanlılardan kənar dururlar.

ABŞ-ın İranla münasibətləri göründüyü kimi düşmən münasibəti deyil. Onlar arasında həmişə qarşılıqlı əlaqə olub və bu, davam edir. Qərb üçün İran ərəb və türk dünyası üçün gizli silahıdır. Lazım olanda Qərb İrandan ərəb dünyasını mollaların proksi ordularından “qorumaq” üçün istifadə edir. Ərəb dünyasına silah satır, onların ərazilərində hərbi varlığını gücləndirir.

İsrail Yaxın Şərqdə İranın Fələstinə “dəstəyini” bəhanə edib yeni torpaqlar ələ keçirir. Müsəlman dünyasında ayrılıq yaratmaq üçün İrandan istifadə edir. Bu baxımdan, ABŞ-ın İrana təsir imkanları baxımından əsaslı alətləri var. Eyni zamanda öz müttəfiqləri olan ərəblərə vətürklərə qarşı da İran faktorundan istifadə edir.

Azər Qasımov: “Qərb müsəlman dünyasında ayrılıq yaratmaq üçün İrandan istifadə edir”.

İran siyasi və hərbi elitasının əsasını təşkil edən İran İslam Keşikçiləri Korpusu “SEPAH”-ın İran daxilində ABŞ-ın təşkilatlanması hesab etmək olar. İran hərbi sənayesi də Qərbin hesabına inkişaf edir. İran dronlarında Italiya, ABŞ istehsalı detalların istifadə olunduğu artıq bəlli olur. Bunlar hələ bilinən iş birlikləridir. Bəs İran ballistik raketləri hansı texnologiya ilə istehsal edir? Bütün bu texnologiyalar hamısı İrana Qərbdən gətirilir.

Hesab edirəm ki, İran azərbaycanlılarının prosesə ciddi qatılması Azərbaycan və Türkiyənin bu proseslərdə iştirakından çox asılı olacaq. Ancaq bu zaman durum dəyişə bilər və Qərbin planlarının əksinə olaraq İranın parçalanması prosesi başlana bilər.

İran, fars rejiminin idarəsində dövlət kimi özünü doğrulda bilmədi. Onun taleyi türklərdən asılıdır. İran tarixi böyüklüyünə yenidən ancaq Türk idarəçiliyində çata bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Ən çox oxunanalar