Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın həyasızlığı - Tehran öz mətbu orqanlarının yazdıqlarını görmürmü?

Dünən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycan mətbuatında “İran əleyhinə olan qeyri-dost nəşrlərlə” əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb...

Politoloq: “Səfirimizin İran Xarici İşlər Nazirliyinə çağırılması Tehranın Bakıya qarşı növbəti qeyri-səmimi və qeyri-adekvat münasibətidir”.

İran kütləvi informasiya vasitələrində demək olar ki, hər gün Azərbaycan əleyhinə şər-böhtan kampaniyaları və təhqiramiz ifadələr səslənir. Amma biz İrana qarşı sərt addımlar atmırıq”.

Bu sözləri politoloq İlqar Vəlizadə Azərbaycanın İrandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasını PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycan mətbuatında “İran əleyhinə olan qeyri-dost nəşrlərlə” əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb və ona xəbərdarlıq edilib. İran xarici işlər nazirinin köməkçisi səfirə “Azərbaycan mətbuatında İran əleyhinə olan qeyri-dost nəşrlərdən” narazılığını bildirib. “Biz bu prosesin ən qısa zamanda dayandırılacağını və onun təkrarlanmaması üçün lazımi tədbirlərin görüləcəyini gözləyirik”, deyə iranlı diplomat bildirib.

İran mətbuatının Azərbaycana qarşı yazdığları qarayaxma və böhtanlar, eyni zamanda tarixi saxtalaşdırmaları isə Tehranda görmək istəmirlər.

İranın bu ritorikasını necə dəyərləndirmək olar və İranın xəbərdarlığı etik qaydalara uyğundurmu?

İranın Azərbaycana qarşı atdığı son addımı PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Belə baxanda, gərək biz İranın ölkəmizdəki səfirini hər gün Xarici İşlər Nazirliyinə çağıraq”.

İran rəsmilərinin hər addımda Azərbaycanın onlar üçün dost-qardaş ölkə olduğunu vurğuladıqlarını xatırldan politoloq PİA.az-a bildirib ki, dost-qardaş ölkə belə addımlar atmaz və belə davranmaz:

İranın səfrimizi çağırıb xəbərdarlıq etməsi etik qaydalara uyğun deyil. Belə baxanda gərək biz İranın ölkəmizdəki səfirini hər gün Xarici İşlər Nazirliyinə çağıraq. İran kütləvi informasiya vasitələrində demək olar hər gün Azərbaycan əleyhinə şər-böhtan kampaniyaları və təhqiramiz ifadələr səslənir. Amma biz İrana qarşı sərt addımlar atmırıq. Məsələyə bir qədər təmkinlə yanaşırıq.

Digər tərəfdən Azərbaycan hələ də ümid edir ki, İranın ölkəmizə qarşı apardığı şər-böhtan kampaniyalara don qoyulacaq. Amma təssüflər olsun ki, İran Azərbaycana qarşı sərt addımlar atmaqda davam edir. Hətta İranın Azərbaycana qarşı atdığı addımlar həddə-qorxu, təhdid xarakterli olur. Son zamanlar bu kimi təhdidlər hətta rəsmilərin belə dilindən səsləndirilir.

İran rəsmiləri hər bir zaman, hər addımda deyir ki, Azərbaycan onlar üçün dost-qardaş ölkədir. Amma dost-qardaş ölkə belə addımlar atmaz, belə davranmaz. Buna görə də düşünürəm ki, səfirimizin İran Xarici İşlər Nazirliyinə çağırılması Tehranın Bakıya qarşı növbəti qeyri-səmimi və qeyri-adekvat münasibətidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Ən çox oxunanalar