Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan müxalifətinin tələbləri...

Bu gün Ermənistan müxalifəti Yeravanın mərkəzində sülhə qarşı mitinq keçirib…

Ermənistan Qərblə Rusiya arasında toqquşmanın mərkəzində olmamalı, İrəvanın Ankara və Bakı ilə münasibətlərinin normallaşması ilkin şərt olmadan həyata keçirilməlidir.

PİA.az xəbər verir ki, bu barədə müxalifətin bugünkü mitinqindən sonra oxunan bəyanatda deyilir.

Mitinq iştirakçıları Qarabağ ermənilərinin mübarizəni davam etdirmək üçün kollektiv iradəsini alqışlayıblar və vurğulayıblar ki, “Artsax” Azərbaycanın bir hissəsi ola bilməz.

Bəyanatda qeyd olunur ki, Ermənistanın hazırkı hakimiyyətinin siyasəti respublikanın suverenliyini, ərazi bütövlüyünü təhlükə altına alır, erməni “Artsax”ının mövcudluğunu, “Artsax” ermənilərinin hüquqlarının reallaşdırılmasını təhlükə altına alır. Ermənistan dost ölkələr və müttəfiqlərlə münasibətlərini korlayaraq geosiyasi avantüralara cəlb olunur. Bəyanatda vurğulanır ki, Ermənistan Qərblə Rusiya arasında toqquşmanın mərkəzində olmamalıdır.

“Biz Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıyıq, lakin ilkin şərt, gücdən istifadə və ya onun hədə olmadan. Türkiyə-Azərbaycanın “Zəngəzur dəhlizi” ilə bağlı tələbinin heç bir hüquqi qüvvəsi yoxdur”, deyə Ermənistanın Rusiyayönlü müxalifətinin bəyanatında vurğulanıb.

Həmçinin bəyanatda vurğulanır ki, Bakı bütün öhdəliklərini yerinə yetirməli, erməni hərbi əsirləri və digər məhbusları qaytarmalı, qoşunlarını Ermənistanın suveren ərazisindən çıxarmalıdır.

Müxalifət o cümlədən hesab edir ki, Ermənistan hakimiyyətinin yazılı və şifahi bəyanatları, vəd və razılaşmaları heç bir hüquqi qüvvəyə malik deyil və hakimiyyət dəyişikliyindən sonra mütləq etibarsız elan ediləcək. Həmçinin, Ermənistanın beynəlxalq səviyyədə danışıqlar aparan simaları dəyişdirilməlidir

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ən çox oxunanalar