Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk klubları UEFA-dan nə qədər gəlir əldə edib?

Avrokuboklarda 4 komanda ilə yola davam edən qardaş ölkə təmsilçilərinin ümumi UEFA qazancı 43 milyon avroya yaxınlaşıb...

Pia.az UEFA-nın saytına əsasən xəbər verir ki, pul mükafatlarında indiyə kimi ən yüksək gəliri “Trabzonspor” qazanıb.

Çempionlar Liqasının pley-off mərhələsində mübarizədən kənarlaşdırılan Qaradəniz təmsilçisinə buna görə 5 milyon avro verilib.

Avropa Liqasında yoluna davam edən “Trabzonspor” 3,63 milyon avroluq iştirak haqqı ilə yanaşı, qrupdakı çıxışına görə 3.2 milyon avro qazanıb və nəticədə 14,4 milyon avroya sahib çıxıb.

“Fənərbaxça”nın mükafatı

İlkin təsnifat mərhələsində Çempionlar Liqası ilə vidalaşan və Avropa Liqasında meydana çıxan “Fənərbaxça” liqada iştirakına görə 3,63 milyon, qrupdakı performansınaa görə isə ümumilikdə 6.26 milyon avro qazanıb.

İstanbul təmsilçisi qrup mərhələsini lider kimi tamamladığı üçün 1,1 milyon avro, 1/16 mərhələsində olduqları üçün isə 0,5 milyon avro alıb və ümumi gəlirini 13.9 milyon avroya çatdırıb.

“Başakşəhər” və “Sivasspor” nə qədər gəlir əldə edib?

Konfrans Liqasında mübarizə aparan “Medipol Başakşəhər” və “Dəmir Qrup Sivasspor” qrup lideri olaraq tamamlayıb 1/16-cı mərhələyə çıxdıqdan sonra liqada iştiraklarına görə 2,94 milyon avro və 1,25 milyon avro əldə ediblər.

Başakşehir qrupdakı performansına görə 3,1 milyon avro, Sivasspor isə eyni maddələrə görə 2,52 milyon avro qazanıb.

Ümumilkdə isə “Başakşəhər” 7,2 milyon avro, “Sivasspo” isə 6,7 milyon avro əldə edib.

Qeyd edək ki, Konfrans Liqasının 3-cü təsnifat mərhələsində avrokuboklarla vidalaşan "Konyaspor" verilən 0,55 milyon avro ilə kifayətlənib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Ən çox oxunanalar