Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib

Rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşları və şəhid ailələrinin iştirakı ilə 2 saylı Fəxri və Şəhidlər Xiyabanı ziyarət olunub...

Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

Rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşları və şəhid ailələrinin iştirakı ilə 2 saylı Fəxri və Şəhidlər Xiyabanı ziyarət olunmuş, şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilərək, məzarları üzərinə gül-çiçək dəstələri düzülmüşdür.

Daha sonra 240 nömrəli tam orta məktəbdə məktəbin məzunları olmuş Vətən müharibəsi şəhidləri Solnsev Dmitriy Aleksandroviç, Qasımlı Mirhəmid Nazim oğlu və Eyyubov Tural Yədulla oğlunun xatirə lövhələrinin açılışı olmuşdur. Tədbirdə Şəhidlərin xatirəsi yad edilərək, xatirə lövhələrinin önünə gül dəstələri düzülmüş, şəhidlər haqqında hazırlanmış video çarx nümayiş etdirilmişdir. Eyni zamanda məktəbin akt zalında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, tədbir iştirakçılarına məktəblilərin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş kompazisiyalar təqdim olunmuşdur.

Qeyd edək ki, Şəhid adının əbiləşdirilməsi məqsədi ilə 03.03.2022-ci il tarixində xidməti vəzifə borcunu yerinə yetirərkən ŞuşaLaçın yolunda baş verən qəzada şəhid olmuş Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlunun da xatirə lövhəsinin açılışı olmuşdur. Şəhidin yaşadığı Hüseyn Seyidazadə küçəsi 15 ünvanında yerləşən binanın fasad hissəsində təmir işləri aparlıdıqdan sonra, aqlay daşlar düzüb və xatirə lövhəsi vurulub. Açılışda şəhidin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edilərək, xatirə lövhəsinin önünə gül dəstələri düzülmüşdür.
Eyni zamanda keşirilən silsilə tədbirlər çərşivəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstərişi ilə əsaslı təmir edilmiş 35 saylı məktəbdə şəhid adının əbədiləşdirilməsi məqsədi ilə məktəbin məzunları olmuş şəhidlərin xatirə lövhələri vurulmuşdur. Vətən müharibəsi zamanı göstərdikləri igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidenitin müvafiq sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”,”Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid Kapitan Babaxanov Elman Ağamirzə oğlu və “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”,”Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid kiçik çavuş Əsədov Anar Rafiq oğlu məhz bu məktəbin məzunlarıdır.

35 nömrəli tam orta məktəbdə açılışı zamanı Şəhidlərin əziz xatirəsi hörmətlə yad edilərək, xatirə lövhələrinin önünə gül dəstələri düzülmüşdür. Daha sonra məktəbin akt zalında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, tədbir iştirakçılarına məktəblilərin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş kompazisiyalar təqdim olunmuşdur.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etmişdir ki, xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur, şəhidlərin ailələrinə, qazilərə daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

Keçirilən tədbirlərdə Şəhid ailələrinin üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.

Fotolar

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

“Dünyanın sonu yaxınlaşır” - Qiyamətdən salamat çıxacaq o ölkəyə sığınmağa başladılar

"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub oldu: Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

Qəbiristanlıqda qətlə yetirilən Bəhmən "Qisas" əməliyyatında iştirak edibmiş

Pavel Durovun nələrdə ittiham olunduğu məlum olub

Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

DİN-dən xəbərdarlıq: Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb

Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqeləri yenidən atəşə tutulub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay