Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maliyyə naziri: Ehtiyac yaranarsa, büdcədə hərbi xərclər artırıla bilər

“Hərbi xərclərin artırılması, ümumiyyətlə bu sahənin inkişafı dövlət başçısının daim nəzarətindədir”...

PİA.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, ehtiyac yaranarsa, vəziyyətə uyğun olaraq həmin sahəyə əlavə vəsait ayrılması məsələsinə baxıla bilər: “Amma bu gün kifayət qədər artım dinamikası müşahidə olunmaqdadır. Sərbəst qalıq məsələsi burada qaldırıldı. Hələ il başa çatmayıb. Bu günə kimi əvvəlki ilin təcrübəsi sərbəst qalığın çox qalmasının müsbət olduğunu göstərir. Ötən il olduqca müsbət işlərin nəticəsində dövlət büdcəsinin gəlirləri daha yüksək olub və büdcə kəsirinin qarşılanmasına yönəldilmişdi. Cari ildə də oxşar vəziyyət müşahidə edilməkdədir. Eyni zamanda dünya bazarlarında bu gün bizim əsas ixrac məhsullarımız olan neft və qaz üçün kifayət qədər münbit şərait mövcuddur. Bunun nəticəsində də dürüstləşmə aparıldıqdan sonra çox daxilolmalar müşahidə edilməkdədir. Bu ilin sonuna sərbəst qalığın istifadəsi nəzərdə tutulmur. Məzənnə sabitliyinin olması üçün Maliyyə Nazirliyi və Mərkəzi Bank arasında çox sıx koordonasiyalı iş aparılır. Biz maraqlıyıq ki, bu sabitliyə hər hansı xələl gətirilməsin”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar