Böyük Britaniyanın sabiq Baş naziri Rusiya ordusunun döyüş qabiliyyətindən danışıb…
Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson Ukraynada müharibənin bir həftə çəkəcəyini gözlədiklərini bildirib. O qeyd edib ki, belə bir proqnozu ona güc strukturları verib:
“Müharibə başlamamışdan əvvəl biz hesab edirdik ki, bir həftə ərzində Rusiya Ukraynanı məğlub edəcək. Belə bir proqnozu güc strukturlarından almışdıq. Onlar deyirdilər ki, qalibiyyətin Rusiya tərəfində olması qaçınılmazdır”.
Putin ordusunun özünü göstərdiyindən daha güçlü olduğunu zənn etdiklərini deyən sabiq Baş nazir vurğulayıb ki, Rusiya ordusunun göstərdiyi döyüş qabiliyyəti onları təəccübləndirib:
“Biz düşünürdük ki, Putin və onun ordusu göründüyündən daha gücküdür və hesab edirdik ki, Ukrayna bir həftə ərzində məğlub olacaq”.
Conson qeyd edib ki, müharibədə Ukraynanın qalib gələcəyinə inanır:
“Ukraynadakı müharibə səbirli və davamlı olmaq tələb edir. Mən inanıram ki, Ukrayna qalib gələcək”.
pia.az