Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın İran səfəri... - Yerəvan regionda anti-türk bloku yaratmağa can atır?

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan İrana səfərə gedib...

Politoloq: “Paşinyan kritik Soçi görüşündən sonra İrana səfər etməklə Azərbaycan və Türkiyənin bölgədəki nüfuzunu aşağı salmaq təxribatlarını həyata keçirir”.

“Narahatlıqları əldə rəhbər tutaraq Nikol Paşinyan İran-Azərbaycan münasibətlərinin daha da ziddiyyətli xarakter almasına yönəlik bir səfər reallaşdıracaq”.

Bu sözləri politoloq İlyas Hüseynov Ermənistanın baş nazirinin bu gün nəzərdə tutulan İran səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 1-i İranın paytaxtı Tehrana rəsmi səfərə gedib.
Erməni mediası xəbər verir ki, səfər İran Prezidenti İbrahim Rəisinin dəvəti əsasında baş tutub.

Soçi görüşündən sonra Paşinyanın İrana getməsini təsadüfi hesab etmək olarmı? Ümumiyyətlə Paşinyanın son gedişini necə dəyərləndirmək olar və Ermənistan regionda anti-türk bloku yarada bilərmi?

Paşinyanın İran səfərini PİA.az-ın əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “İran tərəfi Azərbaycanın geostrateji əhəmiyyətini diqqətlə analiz etməlidir”.

İranın regionda gərginliyin aradan qalxmasına çalışmaq əvəzinə Ermənistanla daha dərin məzmunlu münasibətlər qurmaqda maraqlı olduğunu vurğulayan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, Tehranın Yeravanı dəstəkləməsi artıq heç kəsə sirr deyil:

Rusiya tərəfi Soçi görüşünə çox ciddi yanaşırdı. Görüşün təfərrüatları mediada paylaşılacaq. Lakin indidən demək olar ki, Rusiya Cənubi Qafqaza dair öz mövqeyini artıq müəyyən etmək üzrədir. Eyni zamanda Soçi görüşündən cəmi bir gün sonra Nikol Paşinyan İranın prezidenti İbrahim Rəisinin dəvəti ilə Tehrana rəsmi səfər edəcək.

Məlumdur ki, Ermənistan Azərbaycana qarşı öz məkirli planlarını qurmaqda davam edir. Həmçinin Paşinyan kritik Soçi görüşündən sonra İrana səfər etməklə Azərbaycan və Türkiyənin bölgədəki nüfuzunu aşağı salmaq təxribatlarını həyata keçirir. İranın Azərbaycanın sərhəddində təlimlər keçirməsinə Azərbaycan cəmiyyəti çox sərt reaksiya verdi. Eyni zamanda Vətən müharibəsindən sonra İranın geosiyasi sərhədlərin dəyişdirilməzliyi və qırmızı cizgilər haqqında bəyanatları da təəccüb doğurur və həm də Azərbaycan cəmiyyətini qıcıqlandırır.

İlyas Hüseynov: “İslam fundamentalizmi, şiə qardaşlığı üzərində dövlət siyasəti həyata keçirən bir dövlət bu gün Ermənistanla münasibətlərin daha da dərinləşməsinin tərəfdarı kimi çıxış edir”.

Bütün bu meyilləri əsas götürərək, narahatlıqları əldə rəhbər tutaraq Nikol Paşinyan İran-Azərbaycan münasibətlərinin daha da ziddiyyətli xarakter almasına yönəlik bir səfər reallaşdıracaq. Maraqlıdır ki, İran regionda gərginliyin aradan qalxmasına çalışmaq əvəzinə, Ermənistanla daha dərin məzmunlu münasibətlər qurmaqda maraqlıdır. Bu Tehranın yoludur və artıq heç kəsə sirr deyil ki, regional müstəvidə İran artıq Ermənistanı dəstəkləyir.

Amma İran tərəfi Azərbaycanın geostrateji əhəmiyyətini diqqətlə analiz etməlidir. Sonrakı baş verən proseslər həm də bütün region oyunçuların maraqlarına xidmət etsin, deyə Tehran Yeravanla münasibətlərdə Azərbaycan və Türkiyəyə qarşı yarınmağa çalışmaqdan çəkinməlidir. Biz isə bunun əksini görürük. Bu da təəccüb doğurur. Çünki islam fundamentalizmi, şiə qardaşlığı üzərində dövlət siyasəti həyata keçirən bir dövlət bu gün Ermənistanla münasibətlərin daha da dərinləşməsinin tərəfdarı kimi çıxış edir. Bu da regionla vəziyyətin və konfiqurasiyanın daha da çətinləşməsinə xidmət etməklə yanaşı, həm də 3+3 platforması çərçivəsində həyata keçirilən bütün təşəbbüslərin üzərindən xətt çəkir”.

Nərminə UMUDLU
pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Ən çox oxunanalar