Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşada "Ali təhsil haqqında" qanun layihəsi müzakirə olunub - Yenilənib

Şuşada Milli Məclis komitələrinin birgə iclası keçirilir...

Bu gün Şuşa şəhərində Milli Məclisin Elm və təhsil və Mədəniyyət komitələrinin birgə iclası keçirilib.

PİA.az-ın xəbərinə görə, toplantıda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra iclası açan Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Milli Məclisin komitə iclaslarının Şuşa şəhərində keçirilməsinin tarixi əhəmiyyət daşıdığını və qürurverici olduğunu bildirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə çıxış edərək Azərbaycanın mədəniyyət paytaxtı olan tarixi Şuşa şəhərində olmaqdan keçirdiyi hissləri bölüşüb. O, Şuşanın Azərbaycan xalqının tarixində və mədəniyyətindəki tutduğu yerdən danışıb.

Komitə sədrlərinin çıxışlarından sonra "Ali təhsil haqqında" qanun layihəsi deputatların müzakirəsinə təqdim olunub. Layihə barədə komitə sədri B.Əliyev geniş məlumat verib və deputatlar sənəd ətrafında fikirlərini səsləndiriblər.

Layihənin müzakirəsindən sonra isə işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpası sahəsində tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Deputatlar Milli Məclisin komitələrinin iclas və dinləmələrinin Şuşada keçirilməsinin ənənəyə çevrilməsini əlamətdar hadisə kimi dəyərləndiriblər.

***

Şuşa şəhərində Milli Məclisin Elm və təhsil və Mədəniyyət komitələrinin birgə iclası keçirilir.

PİA.az-ın xəbərinə görə, toplantının gündəliyinə iki məsələ daxil edilib.

İclasda əvvəlcə "Ali təhsil haqqında" qanun layihəsi deputatların müzakirəsinə təqdim olunacaq. Daha sonra isə işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpası sahəsində tədbirlər barədə fikir mübadiləsi aparılacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

Milli Məclis DSMF-nin builki büdcəsinə dəyişiklikləri müzakirəyə çıxarır

Leysan yağacaq, külək əsəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

Blinken: ABŞ Ermənistanın bir neçə müraciətini araşdırır...

Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin detalları

Dünyanın ən etibarlı avtomobillərinin siyahısı açıqlandı

Ən çox oxunanalar