Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayda şəhidin xatirəsinə tikilmiş bulaq kompleksinin açılışı olub

Göyçay rayonunda Vətən müharibəsi şəhidi Sənan Tehran oğlu Məmmədovun xatirəsinə tikilmiş bulaq kompleksinin açılışı olub...

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, bulağın açılış mərasimində mərhumun ailə üzvləri, şəhid ailələri, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə əvvəlcə dövlət himni səslənib və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Vətən oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

S.Məmmədovun şəhidliyinin ikinci ildönümünə həsr olunmuş tədbir əsnasında Çaxırlı kənd qəbiristanlığında məzarı ziyarət olunaraq üzərinə gül-çiçək dəstələri düzülüb. Həmçinin kənd məktəbində davam edən tədbirdə sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhəyə, həmçinin otaqda şəhidin həyat və döyüş fəaliyyətini əks etdirən guşəyə baxış keçirilib.

Tədbirdə çıxış edənlər şəhid Sənan Məmmədovun igidliyindən, cəsurluğundan və onun hələ uşaq yaşlarından qoçaq olmasından söz açıblar. Qeyd edilib ki, S.Məmmədov hər zaman elinə-obasına, Vətəninə və dövlətinə bağlı biri olub.

Qeyd edək ki, şəhid Sənan Tehran oğlu Məmmədov 2000-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olub. O, ilk təhsilini də elə Sabunçudakı 81 nömrəli tam orta məktəbdə alıb, amma 7-ci sinifdə oxuyarkən ailəsi Göyçayın Çaxırlı kəndinə köçdüyü üçün o da təhsilini burada davam etdirməyə başlayıb.

O, 2020-ci ilin yanvar ayının 24-də həqiqi hərbi xidmətə gedib və həmin ilin sentyabrın 27-də başladılan Vətən müharibəsinin ilk günlərindən yaxından iştirak edib.

S.Məmmədov cəbhənin müxtəlif istiqmətlərində, o cümlədən, Xocavənd, Füzuli və Hadrut istiqmətində döyüşlərə qatılıb və düşmənin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv olunmasında əvəzsiz xidmətlər göstərib. O, oktyabrın 21-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olub. S.Məmmədov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, bulaq şəhidin ailəsinin şəxsi vəsaiti hesabına rayonun Nizami küçəsində inşa olunub.

pia.az


Etiket: Göyçay

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Prezident Administrasiyasının rəhbəri 34 saylı seçki məntəqəsində səs verib

Ən çox oxunanalar