Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert BNA rəsmisini “mat” qoydu: “At minək, yoxsa piyada gedib-gələk?”

Mais Ağayev: “Şəxsi avtomobillərdən istifadədən imtina edin”...

Elçin Bayramlı: “At minək, yoxsa on kilometrlərlə yolu piyada gedib-gələk?”

“Paytaxtda sərnişindaşıma sistemi bərbad haldadır. Şəxsi maşından imtina ediləcək şəhərdə gərək çoxsaylı nəqliyyat sistemləri olsun”

Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev tıxacsız Bakı üçün insanları şəxsi avtomobillərdən imtina etməyə çağırıb. O qeyd edib ki, ictimai nəqliyyatın hərəkət etdiyi şəhər tıxacsız olur:

“Bu cür olmasını istəyirsinizsə, şəxsi avtomobillərdən istifadədən imtina edib ictimai nəqliyyatın xidmətindən yararlanın. Daha rahat və tez mənzil başına çatmağın başqa alternativi yoxdur!”.

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı BNA rəsmisinin çağırışını “Sherg.az”a dəyərləndirərkən bildirib ki, bu çox gülüncdür:

“Necə yəni avtomobildən istifadə etməyin? At minsinlər? Bəlkə, on kilometrlərlə yolu piyada gedib-gələk? Paytaxtda sərnişindaşıma sistemi bərbad haldadır. Şəxsi maşından imtina ediləcək şəhərdə gərək çoxsaylı nəqliyyat sistemləri olsun. Bakıda tramvay və trolleybus, həmçinin, elektriçkalar müvəffəqiyyətlə məhv edilib. Yerüstü sərnişindaşımanın son nümayəndəsi olan avtobuslar isə yox kimi şeydir. BNA sanki qəsdən bu sahəni daha da bərbad hala saldı. Belə şəhərdə hər kəs özünə maşın almağa məcburdur. Ona görə də, mən hələ uzun illər öncə “Hərəyə 1 maşın alaq, əziyyətdən qurtulaq” kampaniyası elan etmişəm. Son aylarda isə Bakının sərnişindaşıma sistemində problemlər daha da artıb, tıxaclar çoxalıb. Avtobusların sayı azalıb, marşrutların intervalı çoxalıb. Metroda artıq acınacaqlı vəziyyət yaranır. İnsanlar saatlarla küçələrdə qalır. Həddən artıq sıx şəkildə vaqonlarda, avtobuslarda əziyyətlə gedirlər”.

E.Bayramlının sözlərinə görə artıq şəhərkənarı ərazilərdə də tıxaclar yaranır:

“Özü də təkcə işə gedib-gəlmək saatlarında deyil, adi vaxtlarda da. Müvəqqəti tədbirlər problemi aradan qaldırmır. Problemin həllinə fundamental yanaşılmalı, kompleks şəkildə həll edilməlidir. Əhalinin Bakıya cəmləşməməsi, əksinə paytaxta toplaşmış region əhalinin bölgələrə qayıtması üçün sosial-iqtisadi tədbirlər görülməlidir. Digər şəhərlərdə fabrik və zavodlar tikilməli, bəzi ali məktəblər başqa şəhərlərə köçürülməlidir.

Bakı dünyada yerüstü sərnişindaşımada yalnız avtobusların qaldığı yeganə paytaxt şəhəridir. Vaxtilə qəsdən məhv edilmiş nəqliyyat sistemləri- tramvay, trolleybus və elektrik qatarları- bərpa edilməlidir. Dənizdə kater taksilərin hərəkəti təşkil olunmalıdır. Metro stansiyalarının sayı sürətlə artırılmalıdır. Ən əsası Bakıda xaotik şəkildə sıx-sıx bina tikintisinə son qoyulmalıdır. Mərkəzi hissələrdə tikinti tam dayandırılmalıdır, hətta bəzi yeni hündürmərtəbəli binalar sökülməlidir”.

Sosioloq son olaraq qeyd edib ki, hazırda Bakı kollaps vəziyyətindədir:

“Bu məsələnin Milli Məclisdə geniş müzakirəsinə və müvafiq qərarların qəbuluna böyük ehtiyac var. Bu biabırçılığa son qoyulmalıdır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Ən çox oxunanalar