Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan XİN-ə yeni sözçü təyin olunub

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) əmri ilə Ayxan Elxan oğlu Hacızadə XİN-in Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

Bu barədə XİN-in Mətbuat xidməti idarəsindən bildirilib.

Ayxan Hacızadə 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirib. ABŞ-ın Milli Müdafiə Universitetinin Strateji Təhlükəsizlik Elmləri üzrə magistr dərəcəsinə malikdir. Xarici ölkələrdə bir sıra tədris proqramı və təlimlərdə iştirak edib, Corc Marşal adına Avropa Təhlükəsizlik Elmləri Mərkəzində Ali Təhlükəsizlik Proqramının və BMT-nin Tərksilah məsələləri üzrə Təqaüd Proqramının məzunudur.

2007-ci ildən etibarən Xarici İşlər Nazirliyində müxtəlif diplomatik vəzifələr tutub. 2010-2014-cü illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyində, ATƏTBMT-nin Vyana şəhərində yerləşən təşkilat və qurumları yanında daimi nümayəndəliyində üçüncü və ikinci katib, 2017-2022-ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində birinci katib və müşavir vəzifələrində çalışıb. 2022-ci ilin iyul ayından etibarən Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəis müavini vəzifəsində işləyib.

Ailəlidir, üç övladı var.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda üç zavod satışa çıxarıldı - Qiymətlər

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

Deputatdan müəllimlərin əməkhaqları ilə bağlı mühüm təklif

Ermənistanda Rusiyapərəst hakimiyyət yaranarsa, Cənubi Qafqazda balans necə dəyişə bilər?

Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adı açıqlanıb 

Çin XİN Zelenskinin Siyə çağırışına cavab verib

İmişlidə ağır cinayət - atasının qətlini sifariş etməkdə şübhəli bilinən şəxs tutuldu        

Ən çox oxunanalar