Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səxavət Əlisoy Qubad İbadoğlunu tənqid edib, istefa verdi

Biz eyni yolun yolçuları deyilik...

Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü Səxavət Əlisoy hərəkatdan istefa verib.

Bu barədə S.Əlisoy "facebook" hesabında paylaşım edib.

O bildirib ki, Qubad İbadoğlu Londonda yaşayır və işləyir: "Bakıda isə bir təşkilatın və həm də onun Məclisinin sədridir. Birinci müavin postu belə yox. Digər bir partiyada bənzər durum varmı? ADR obyektmi, kiçik müəssisəmi? Obyekti belə fəaliyyət üçün kiməsə etibarnamə ilə həvalə edirlər. Qubad İbadoğlunun şəxsən özünün siyasi paylaşımları daha çox populizmə söykənir. Bu onu deyir ki, konstruktiv yoldan imtina olunub. Nədən bunu etdi? Bu barədə heç nə yazmıram. ADR Hərəkatına son 7 ildə məhz Qubad İbadoğluna görə ictimai reytinqi olan 7 ziyalı belə qatılmadı. Qubad İbadoğlunda artıq şəxsiyyətə pərəstiş elementləri özünü biruzə verir. Birbaşa özünün qayğısı ilə trollar yetişməkdə. Barəsində yazılan tərifləri, şeirləri yağ kimi içir. Haqqında deyilən "dünya miqyaslı alim" epitetinə belə reaksiya vermir. Qubad İbadoğlunun QHT-si Mədən Sənayesində Şəffaflıqla bağlı araşdırmaları ilə tanındı. ADR Hərəkatında isə Şəffaflıqdan əsər-əlamət yox.

ADR Hərəkatında sədri tənqid etmək bir yana, fərqli fikirdən söhbət gedə bilməz. "Hakimiyyət məndən qorxur", "filan qanun dəyişikliyini mənə görə ediblər", "filan dövlətin baş naziri tanıdığı üçün mənə stavka edəcək" kimi yalanları dövriyyəyə buraxmaqla lider olmaq mümkün deyil. Sən, uşaqlarına gün ağlamağı bacaran, savadlı və çevik bir araşdırmaçısan, Qubad bəy. Sən, QHT incəliklərini mükəmməl bilən bir ictimai xadimsən. Partiya, Hərəkat QHT qayda-qanunları ilə idarə oluna bilməz. Sən bacarıqlı adamsan, amma partiya idarəçiliyinə bu bacarığını şamil etmək olmaz Bilirsən ki, səni heç vaxt lider kimi görmədim. Çünki sən tək adam idarəçiliyinin mən kollektiv, ortaq ağılın tərəfindəyəm. Biz eyni yolun yolçuları deyilik. Sənə və İdarə Heyətində səni "Azərbaycanın xilaskarı" kimi qələmə verənlərə, haqqında təriflər yazıb göylərə qaldıranlara həkim olaraq, sağlamlıq arzulayıram", - deyə o paylaşımında qeyd edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Ən çox oxunanalar