Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşınmaz əmlakla bağlı bu xidmətlər ödənişli olacaq - Siyahı

Daşınmaz əmlakla əlaqədar xidmət haqları tutulan xidmətlərin əhatəsi genişləndirilir...

PİA.az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı xidmətlərə görə xidmət haqlarının tutulmasının hüquqi əsasları müəyyən edilir:

- daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması;

- daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi;

- daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi;

- sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi;

- torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi.

Qanunda "Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının, o cümlədən ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün dövlət rüsumu" maddəsinin adının "Ödənişlər" olaraq dəyişdirilməsi də təklif edilir. Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

Ən çox oxunanalar