Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Urmiyada məktəbli qız hicabını açdığı üçün vəhşicəsinə döyüldü - Foto

İranın Urmiya şəhərində məktəbli qız hicabını açdığına görə ağır şəkildə döyülüb və huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib...

“Azar İran” “Telegram” kanalı bu barədə güneyli fəalların məlumatına istinadən xəbər yayıb.

Hökumət qüvvələri məktəblinin ailəsinə təzyiq edərək məsələni ictimailəşdirməməyi, qızın guya xəstə olduğunu demələrini tələb ediblər.

İran mediası hadisənin əks-inqilabçılar tərəfindən şişirdildiyini, şagirdin baş ağrısı səbəbindən özündən getdiyini və xəstəxanada müalicə olunduğunu iddia edir.

Qərbi Azərbaycan əyalətinin Təhsil İdarəsinin yaydığı açıqlamada isə yeniyetmənin baş gicəllənməsinə görə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, Məhsa Əmini İranın əxlaq polisi tərəfindən döyülərək komaya düşdüyü zaman da İran rəsmiləri oxşar iddialar səsləndirmişdilər.

Belə ki, rəsmilər onun xəstə olduğu üçün xəstəxanaya yerləşdirildiyini, Məhsaya qarşı zorakılıq edilmədiyini iddia edirdilər.

pia.az 


Etiket: Hicab


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Ən çox oxunanalar