Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: "Tərəflərə yeganə təsir edə biləcək güc Kremldir"

"Müstəsna həyasızlıqla deyirlər ki, bu məsələdə həlledici rol, tərəflərə yeganə təsir edə biləcək güc Kremldir"...

“Praqada baş tutan danışıqlar, əldə edilmiş bəzi razılaşmalar bölgəmizdə dayanıqlı və ədalətli sülhün, Azərbaycanla Ermənistan arasında, o cümlədən Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün, kövrək də olsa, ümidlər yaradır. Amma dünən axşamdan Rusiya TV kanallarında, mətbuatında açıq-aşkar bu anlaşmaları sual altına qoyan bəyanatlar səsləndirilir, müstəsna həyasızlıqla deyirlər ki, bu məsələdə həlledici rol, tərəflərə yeganə təsir edə biləcək güc Kremldir və rəsmi Moskvanın birbaşa iştirakı olmadan bölgədə sülh mümkün deyil. Ona görə də, təəssüflə qeyd etmək istərdim ki, sərhəddə, bölgədə yeni təxribatlara hazır olmaq lazımdır, Cənubi Qafqazda sülh istəməyən ən böyük maneə Rusiyadır, dayanıqlı, özü də Qərbin moderatorluğu ilə yarana biləcək sülh Kremli sakit qoymayacaq, çünki bütün məsələlərin köklü həlli Moskvanın regiona təsir rıçaqlarını azalda bilər, bu isə XVIII əsrin imperiya modelini XXI əsrdə özünün ideologiyası və davranış qaydası elan etmiş Rusiya üçün əsrlərdir qurduğu primitiv “oyun qaydalarının” pozulması demək olar”.

PİA.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

“Bir daha qeyd etməkdə yarar var ki, bu gün Ukrayna ordusu, xalqı bir tək öz müstəqilliyi, azadlığı üçün deyil, həm də keçmiş post-sovet ölkələrinin taleyi üçün azğınlaşmış XVIII əsr təfəkkürlü imperiya ilə vuruşur, mübarizə aparır, ona görə də Ukraynanın uğuru bütün dünyanın, ən çox da post-sovet məkanının uğuru olacaq...” – N.Cəfərli qeyd edib.(Pravda)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Ən çox oxunanalar