Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Birgə monitorinqlər Nəsimi rayonunda davam etdirilib

Təkliflərin aidiyyəti qurumlarla əməkdaşlıq əsasında reallaşdırılması üçün tədbirlər görüləcək...

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış “Əməkdaşlıq Memorandumu” çərçivəsində paytaxt rayonlarında aparılan birgə monitorinqlər Nəsimi rayonunda davam etdirilib.
Rayon ərazisində mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə icra hakimiyyətinin əməkdaşları və RİİB könüllülərindən ibarət monitorinq qrupları reydlər keçirib.

Küçə və prospektlərdə, park və məhəllələrdə aparılan monitorinqlərin nəticələri əsasında yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması, asfalt örtüklərinin yenilənməsi, abadlıq işlərinin görülməsi, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün səkilərin salınması və digər istiqamətlərdə təkliflər hazırlanır.

Növbəti mərhələdə təkliflərin aidiyyəti qurumlarla əməkdaşlıq əsasında reallaşdırılması üçün tədbirlər görüləcək.

Xatırladaq ki, daha əvvəl Səbail, Yasamal, Suraxanı, Binəqədi və Nərimanov rayonlarında keçirilmiş monitorinqlərin nəticələri üzrə bir sıra küçə və prospektlərdə səkilər təmir edilmiş, ağaclar budanmış, yaşıllıqlar salınmış, işıqlandırma sistemləri qurulmuş və digər zəruri abadlaşdırma işləri görülmüşdür.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Prezident İlham Əliyev: Atdığımız bütün addımlar əsas məqsədi güdür: iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

"Birləşdik - 2024" təlimində iştirak edən heyətimiz vətənə qayıdıb

Ən çox oxunanalar