Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu şəxslər 5 ilədək azadlıqdan məhrum ediləcək

Qaçaqmalçılıq cinayəti əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər xeyli miqdarda, yəni 50 min manatdan yuxarı, lakin 200 min manatdan artıq olmayan məbləğ törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə və cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə edilməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Cinayət Məcəlləsinə dəyişiklikdə nəzərdə tutulub.

Layihəyə əsasən, eyni əməllər vəzifəli şəxslər öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə və ya külli miqdarda, yəni 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğdə törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə edilməklə 2 ildən 4 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlığın azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulan əməllər xüsusilə külli miqdarda, yəni 500 min manatdan yuxarı məbləğdə törədildikdə isə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə edilməklə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər az miqdarda, yəni 50 min manatadək məbləğdə törədildikdə inzibati xətanın bilavasitə obyekti olan pul vəsaiti məbləğinin 40 faizindən 60 faizinədək məbləğdə cərimə ediləcək.

Məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar