Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsitqlal muzeyində "Anım günü"nə həsr olunmuş tədbir keçirilib

İstiqlal muzeyində tədbir...

23 sentyabr 2022-ci il saat 16:00 - da Azərbaycan İstiqlal muzeyində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsinin təşkilatçılığı ilə 27 sentyabr-Anım gününə həsr olunmuş “Qələbəyə gedən yol” adlı ədəbi – bədii tədbir keçirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə dərin ehtiramın ifadəsidir.

PİA.az xəbər verir ki, Azərbaycan İstiqlal muzeyində də 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədi ilə davam edən “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində mütəmadi olaraq bir çox tədbir –sərgilər təşkil olunur. Bu tədbir-sərgilərdə muzeyin fondlarında qorunub saxlanılan, Birinci və İkinci Qarabağ müharibəsi, 20 Yanvar, Xocalı faciəsi, Aprel döyüşləri zamanı Vətən uğrunda qəhrəmancasına canlarını fəda edən şəhidlərimizə məxsus şəxsi əşyalar nümayiş olunur.

2020-ci il sentyabrın 27-də Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozması ilə Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamışdır. 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalq-ordu birliyi tərəfindən əldə olunan möhtəşəm zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Buna baxmayaraq son olaraq 12 sentyabr 2022-ci ildə gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri genişmiqyaslı təxribat törədərək atəşkəs rejimini pozmuşdur. Məğlubedilməz Azərbaycan ordusu qətiyyətlə bu təxribatların qarşısını almış, erməni hərbi birləşmələrinə güclü və sarsıdıcı zərbələr endirərək “Dəmir yumruğ”un gücünü bir daha dünyaya sübut etmişdir.

Gənc nəsildə Vətənə, torpağa məhəbbət hisslərini artırmaq, milli-mənəvi dəyərlərimizi qorumaq, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və istedadlarını üzə çıxarmaq məqsədi ilə keçirilən tədbirdə mərkəzin teatr və musiqi dərnəklərinin istedadlı və fəal uşaqları vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirdilər.

Xalqımız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini qəlbində yaşadacaq və onların qəhrəmanlığını heç vaxt unutmayacaq.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ən çox oxunanalar