Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rizvan Talıbovun bu təxribatı Azərbaycan dövlətinin əleyhinə yönəlib” – Qafar Çaxmaqlı 

"Azərbaycana qarşı böyük təxribatdır"...

“Türkiyədə İranyönümlü dairələrlə sıx işbirliyində olan Rizvan Talıbovun onlardan və başqa çevrələrdən maliyyə yardımı aldığı da istisna edilmir”.

Bu fikirləri ötən gün “Göyçə Zəngəzur Respublikası” adlı qurumun elan edilməsinə münasibət bildirən İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, “Göyçə Zəngəzur Respublikası” adlı qurumun elan edilməsi Azərbaycana qarşı böyük təxribatdır və buna ən qısa müddətdə son qoyulmalıdır:

“Birbaşa bəyan etmək istəyirəm ki, “Göyçə Zəngəzur Respublikası”nın elan edilməsi Azərbaycan dövlətinə qarşı təxribatdır. Özünü bu qurumun rəhbəri kimi elan edən Rizvan Talıbov vaxtilə İrəvan Türk Cümhuriyyətində təmsil olunub və pozucu fəaliyyəti ilə seçilib.

Yəqin, çoxları onun bir müddət əvvəl “Facebook”da paylaşdığı bölücülüyə xidmət edən, qəzəblə qarşılanan statusunu xatırlayır. Biz ondan həmin statusu silməyi tələb etsək də, o bundan boyun qaçırdı və nəticədə bizim sıralarımızdan xaric olundu.

İndi müəyyən zamandır Türkiyədə yerləşən Rizvan Talıbov növbəti təxribatçı addımını ataraq “Göyçə Zəngəzur Respublikası” adlı qurumun yaradıldığını bəyan edib. Onun bununla bağlı verdiyi açıqlamalar isə indiki həssas dönəmdə Azərbaycan dövlətinin əleyhinə yönəlib.

Qeyd etmək lazımdır ki, Türkiyədə İranyönümlü dairələrlə sıx işbirliyində olan Rizvan Talıbovun onlardan və başqa çevrələrdən maliyyə yardımı aldığı da istisna edilmir. Onun kimlərlə işbirliyində olduğunu göstərən fotolara baxıb nəticə çıxarmaq olar. Digər tərəfdən, sözügedən qurumun elan edilməsi artıq strukturlaşan İrəvan Türk Cümhuriyyətinə qarşı atılmış addımdır.

Rizvan Talıbovun bu təxribatçı addımının rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməsi barədə rəy yaratmaq cəhdi onun sözügedən məsələdə dərin spekulyasiya etdiyini göstərir.

Çünki Qaçqınlar Cəmiyyəti ləğv edildikdən sonra onun funksiyasını Qərbi Azərbaycan İcması yerinə yetirir və məhz bu transformasiya dövlət tərəfindən dəstəklənir. Bir daha deyirəm, Rizvan Talıbovun yaratdığı “Göyçə Zəngəzur Respublikası” adlı qurum Azərbaycana qarşı böyük təxribatdır və buna ən qısa müddətdə son qoyulması lazımdır”.

Yeri gəlmişkən, İrəvan Türk Cümhuriyyətinin Millət Şurası da xüsusi açıqlama yayaraq, “Göyçə Zəngəzur Respublikası”nın elan olunmasını pisləyib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Ən çox oxunanalar