Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gimnastımız iki finala yüksəlib

Sentyabrın 14-də baş tutan çempionatın ilk günündə fərdi proqramda top və halqa ilə hərəkətlər üzrə təsnifat yarışları keçirilib...

Azərbaycan gimnastı Zöhrə Ağamirova Sofiyada (Bolqarıstan) keçirilən bədii gimnastika üzrə 39-cu dünya çempionatında iki finala yüksəlib.

PİA.az Trend-ə istinadən bildirir ki, çempionatın ikinci günündə təsnifat yarışlarında Zöhrə Ağamirova 91,250 xalla çoxnövçülükdə finala, həmçinin lentlə hərəkətlər proqramında 29 950 xalla finala yüksəlib.

Bu gün təsnifat yarışlarında da mübarizə aparan Azərbaycan gimnastı İlona Zeynalova gürzlə hərəkətə görə 27,000, lentlə hərəkətə görə isə 27,050 xal toplayıb. Z.Ağamirova gürzlə proqrama görə 30,450 xal toplayıb.

Xatırladaq ki, sentyabrın 14-18-də Sofiyada bədii gimnastika üzrə dünya çempionatı keçirilir. Azərbaycanı fərdi yarışlarda Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova, qrup hərəkətlərində Daria Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova, Güllü Ağalarzadə, Elizaveta Luzan, Zeynəb Qummətovanın daxil olduğu komanda təmsil edir.

Sentyabrın 14-də baş tutan çempionatın ilk günündə fərdi proqramda top və halqa ilə hərəkətlər üzrə təsnifat yarışları keçirilib.

Halqa ilə hərəkətlər üzrə təsnifat mərhələsində Z.Ağamirova səkkizinci yeri tutaraq 30,850 xal toplayıb və bununla da finala yüksəlib və altıncı yeri tutub. A.Gözəlova halqa ilə kompozisiya üzrə təsnifat mərhələsində 27,000 xal toplayıb. Topla proqrama görə Zöhrə Ağamirova 29.400, Alina Gözəlova isə 25.550 xal toplayıblar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Ən çox oxunanalar