Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli satqınların növbəti “erməni sevgisi”

Hazırda bütün Azərbaycan xalqının, cəmiyyətimizin diqqəti Ermənistanla sərhədə köklənib...

Erməni tərəfinin sentyabrın 12-də gecə saatlarından başlayaraq ordumuzun mövqelərinə qarşı genişmiqyaslı təxribatları gərginliyi daha da alovlandırdı. Bu təxribatla Ermənistan hakimiyyəti Cənubi Qafqazda sülh və əməkdaşlıq, Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində təşəbbüsləri heçə saydığını nümayiş etdirdi. Halbuki, Brüsseldə AzərbaycanErmənistan liderlərinin növbəti görüşündən çox vaxt keçməmişdi. Həmin görüşdə tərəflər sülh sazişinin mətninin hazırlanması üçün razılığa gəldiyini bəyan etmişdilər. Görüşdən sonra Azərbaycan humanist addım ataraq beş erməni hərbçini Ermənistana təhvil verdi. Amma əvəzində isə rəsmi İrəvan qeyd etdiyimiz təxribatlarla cavab verdi.

Əlbəttə ki, Ermənistanın bu əməli ordumuz tərəfindən cavabsız qalmadı. Bizə hücum edən düşmənin hərbi birləşmələri darmadağın edildi. Təəssüf ki, “Qətiyyətli cavab” əməliyyatında şəhidlər də verdik. Bu gün bütün xalqımız şəhidlərimizi böyük ehtiramla yad edir, dövlətimizin keşiyində dayanan hərbiçilərimiz üçün dualarını əsirgəmir. Bir sözlə, xalqımızın ürəyi düşmənlə üz-üzə dayanan əsgərlərimizlə döyünür. Eyni zamanda, bugünlər Azərbaycan xalqı və cəmiyyəti sarsılmaz birlik və həmrəylik nümayiş etdirir.

Amma bu proseslər fonunda yenə də radikal müxalifət ünsürləri xalqımıza, dövlətimizə və qəhrəman ordumuza dönük çıxdı. Hazırkı məsuliyyətli və taleyüklü günlərdə Əli Kərimli, Altay Göyüşov, Arif Hacılı, Qubad İbadoğlu, Tofiq Yaqublu, Tural Sadıqlı, Arif Şahmarlı, Sevinc Osmanqızı, Qənimət Zahid, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimiləri az qala rəsmi Yerevan və onun məlum havadarlarının mövqeyi ilə üst-üstə düşən bəyanatlar, çıxışlar və çağırışlar səsləndirir və bu çirkin əməllər haqlı olaraq xalqımız tərəfindən hiddət və qəzəblə qarşılanır. Məsələn, adını “ziyalı” qoyan Altay Göyüşovun mövqeyi Paşinyanın mövqeyindən heç nə ilə fərqlənmir. Çünki ikisi də Azərbaycanı “təcavüzkar” hesab edir.

Bundan əlavə, Qubad İbadoğlu adlı ünsür sosial şəbəkələr üzərindən etdiyi paylaşımlarda mövcud vəziyyəti təhrif edərək günahı Azərbaycanın üzərinə atmağa, torpaq uğrunda canlarını qurban vermiş şəhidlərdən istifadə edərək siyasi divident qazanmağa çalışır. Məqsəd isə ölkə daxilində müəyyən qarşıdurma yaratmaqdır. Ermənilərlə həmrəylik nümayiş etdirən digər milli satqın isə AXCP sədri Əli Kərimlidir. Əslində, ötən illər ərzindəki fəaliyyəti dövründə Ə.Kərimli satqınlığını dəfələrlə sübut edib. Amma o, indiki hadisələrdən yararlanaraq bu “statusunu” daha da gücləndirməkdədir. Üstəlik, AXCP sədri düşmən ordusunun məhv edilmədiyini, Ermənistanın kapitulyasiyaya məruz qalmadığını, Qarabağ məsələsinin bitmədiyini iddia edəcək dərəcədə siyasi riyakarlıq və məsuliyyətsizlik nümayiş etdirir.

Maraqlıdır ki, bu ünsürlər təxribat törədən Ermənistanı yox, Azərbaycan dövlətini ittiham edirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyinin isə xətrinə dəyəcək bir kəlmə də işlətmirlər. Əslində, Ermənistan bir daha dünya ictimaiyyətinin gözü qarşısında hərbi avantüra nümayiş etdirir və revanşist cəhdlərə əl atır. Məqsəd sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Böyük Qayıdışını ləngitmək və regionda etimad quruculuğunu pozmaqdır. Ermənidən artıq ermənilik edən ünsürlər bu reallıqları Paşinyandan da yaxşı bilirlər.

Əslində, bu milli xəyanətkarlar siyasi cəhətdən ölüdürlər. Nə qədər xain xislətli olasan ki, vicdansızcasına, haqsızcasına, 44 günlük Vətən müharibəsindəki qələbəyə kölgə salasan, torpaq uğrunda canlarını qurban verən şəhidlərimizin ruhuna hörmətsizlik edəsən, müzəffər Ali Baş Komandanımızın imicinə, qətiyyətinə zərbə vurmağa çalışasan! Bütün cəmiyyətimiz bu ünsürlərin şərəfsizliyini görməlidir.

Hər zaman olduğu kimi, onlar düşmənin mövqeyini müdafiə, Paşinyandan artıq ermənilik, Koçaryandan artıq revanşistlik, Arutyunyandan artıq separatçılıq edərək özlərini ikrah, qınaq və nifrət obyektinə çevirirlər. Bu çirkin yolla “ölü siyasətçilər” olaraq özlərini siyasi səhnədə diriltməyə çalışırlar. Amma xalqımız hər zaman ayıq-sayıqdır. Xalqımız, ədalətin, işğal və işğaldan qurtulmağın nə demək olduğunu, dövləti necə qorumağı çox yaxşı bilir. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan,  Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşərək həm xarici, həm də daxili düşmənlərimizi yox etmək qüdrətindədir. Bütün vətəndaşlarımız hər zaman möhtərəm Prezidentimizin, şanlı Ordumuzun yanındadır!!!

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən

pia.az


Etiket: Ramil Həsən


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar