Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Generalın qızı və xalq artistinin qardaşı oğlu FHN-dən niyə getdi?

Polkovnik Rəfiq Faiq oğlu Mirişli və tibb xidməti mayoru Mirzəyeva Aidə Rəfail qızı öz istəkləri ilə vəzifələrindən azad ediliblər....

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb xidməti Tibb işləri üzrə rəis müavinləri - polkovnik Rəfiq Faiq oğlu Mirişli və tibb xidməti mayoru Mirzəyeva Aidə Rəfail qızı öz istəkləri ilə vəzifələrindən azad ediliblər.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, tibb xidməti mayoru Mirzəyeva Aidə Rəfail qızı fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyevin qızıdır.

O, 1980-cı ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 2003-cü ildə Azərbaycan Tibb Universitetini bitirib, tibb üzrə fəlsəfə doktorudur. Aidə Mirzəyeva bir neçə ay əvvəl moyor rütbəsinə yüksəlib. O, özəl tibb fəaliyyəti ilə məşğul olduğuna görə, öz istəyi ilə vəzifəsindən azad olunub. Əldə etdiyimiz məlumata görə, generalın qızı özünə özəl xəstəxana açıb.

Vəzifəsindən öz istəyi ilə azad olunan polkovnik Rəfiq Mirişli iqtisadi işlər üzrə rəis müavini olub. O, məşhur xalq artisti Ramiz Mirişlinin qardaşı oğludur.

50 yaşlı polkovnik Rəfiq Mirişli də Naxçıvan şəhərində anadan olub. Polkovnik səhhətində yaranan problemə görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova müraciət edərək, vəzifəsindən azad edilib.

Rəfiq Mirişli uzun illər Dövlət Gömrük Komitəsində də fəaliyyət göstərib. O, nazirin köməkçisi, katibliyin rəisi vəzifəsində də çalışıb.

pia.az


Etiket: FHN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Kiçik Kennedi prezidentlik yarışından geri çəkilməyə hazırlaşır

Ən çox oxunanalar