Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman Ermənistanın sərhəddəki təxribatı ilə əlaqədar beynəlxalq ictimaiyyətə çağırış edib

1991-2022-ci illər ərzində 3190 nəfər Azərbaycan vətəndaşı, o cümlədən 355 uşaq, 38 qadın mina qurbanı olmuşdur...

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Daşkəsən, KəlbəcərLaçın istiqamətlərində genişmiqyaslı təxribatı ilə əlaqədar bəyanat yayıb.

PİA.az xəbər verir ki, bəyanatda deyilir:

"Təəssüflə bildiririk ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 12-də gecə saatlarında beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını, fundamental insan hüquqlarını, Azərbaycan, ErmənistanRusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərini növbəti dəfə qəsdən və kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, KəlbəcərLaçın istiqamətlərində genişmiqyaslı təxribat törətmişdir.

Baş vermiş hərbi təxribat hərbi qulluqçular arasında itkilərin olmasına, hərbi və mülki infrastruktura ziyan dəyməsinə, xidməti vəzifələrini yerinə yetirən mülki insanların və hərbi qulluqçuların yaşamaq, təhlükəsiz yaşamaq, sağlamlıq hüquqlarının pozulmasına səbəb olmuşdur.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupları tərəfindən törədilən növbəti genişmiqyaslı hərbi təxribatı, xüsusilə də qaranlıq hava şəraitində ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan ərazilərinin, xüsusilə geniş bərpa-quruculuq işlərinin aparıldığı yerlərin, təminat yollarının minalanmasını kəskin şəkildə pisləyirik.

Ümumiyyətlə, 1991-2022-ci illər ərzində 3190 nəfər Azərbaycan vətəndaşı, o cümlədən 355 uşaq, 38 qadın mina qurbanı olmuşdur. 2020-ci ilin noyabr ayından 2022-ci ilin sentyabr ayınadək 242 nəfər mina qurbanı olmuş, onlardan 40 nəfər həlak olmuş, 202 nəfər ağır bədən xəsarətləri almışdır.

Son zamanlar ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində aşkar edilmiş minaların 2021-ci il tarixində Ermənistanda istehsal olunduğunu təsdiq edən faktların üzə çıxması, Ermənistanın kommunikasiyaların və nəqliyyat marşrutlarının açılmasında maraqlı olmaması, eləcə də sülh danışıqlarına dəstək verməməsi bu ölkənin sülh prosesində maraqlı olmadığını göstərir.

Beynəlxalq humanitar hüquq normalarına zidd olaraq, Azərbaycana qarşı etnik nifrət və düşmənçilik niyyəti ilə qəsdən və məqsədli şəkildə, insanların həyat və sağlamlığına ciddi ziyan vurmaq üçün törədilən bu kimi hərbi təxribatları fundamental hüquq və azadlıqların kobud pozulması faktı kimi qiymətləndiririk.

Ermənistan bu addımı ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş bərpa-quruculuq işlərini ləngitməyə, beləliklə də, keçmiş məcburi köçkünlərin öz tarixi yurdlarına qayıdışı prosesini yubatmağa çalışır.

Beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət edərək, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini minalarla çirkləndirməyə, azad edilmiş ərazilərimizdə aparılan geniş bərpa-quruculuq işlərini və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtmalarının qarşısını almağa çalışan, regionda ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün ciddi maneə yaradan, fundamental insan hüquq və azadlıqlarını kobud şəkildə pozan Ermənistanın təxribat əməllərinə dərhal və sərt reaksiya verməyə çağırırıq".

Qeyd edək ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Ən çox oxunanalar