Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mirzoyanın sərsəm açıqlaması - Ermənistan yenə Brüssel razılaşmasından qaçır...

Azərbaycanın iki ölkə arasında sülhün imzalanması mövqeyinə Ararat Mirzoyan şübhə ilə yanaşır...

Politoloq: “Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın açıqlaması ilk növbədə rəsmi Yerevanın sülhdə maraqlı olmadığını göstərir”.

“Bir tərəfdən Nikol Paşinyan ilin sonuna qədər sülh müqaviləsinin bağlanması haqqında fikirlər səsləndirir, naziri isə əks fikir ortaya qoyaraq problemli açıqlamalar verir. Bu da onun göstəricisidir ki, ortada Ermənistanın sülh niyyəti deyilən bir şey yoxdur”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Ermənistanın XİN başçısı Ararat Mirzoyanın son fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın XİN başçısı Rusiya XİN başçısı Sergey Lavrovla telefon danışığından sonra bir neçə açılma verib. Bu açıqlamalarda müharibə bitəndən bəri Azərbaycanın iki ölkə arasında sülhün imzalanması ilə bağlı mövqeyinə Ararat Mirzoyan şübhə ilə yanaşdığını vurğulayıb. Ararat Mirzoyan bildirib ki, danışıqların reallığa uyğun olmayan özbaşına təfsirlərinin davam etməsi və razılaşmaların icrasından yayınması Azərbaycanın sülh prosesini pozmaq və güc tətbiq etməklə etnik təmizləmə siyasətini davam etdirmək niyyətində olduğunu düşünməyə imkan verir.

Mirzoyanın son açıqlamasından sonra demək olarmı ki, Brüssel görüşündəki razılaşmadan Ermənistan qaçır?

Ermənistanın xarici işlər naziri səviyyəsində sülhlə bağlı sərgilədiyi son mövqeyini PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Paşinyan qorxursa, sülhdə maraqlı deyilsə, Azərbaycan özü prosesi yönləndirə və yekunlaşdıra bilər. Çünki, Azərbaycan lideri Paşinyanı görmək xatirinə Brüsselə getmir və rəsmi Bakı bu görüşlərlə bağlı konkret nəticələr gözləyir”.

Ararat Mirzoyanın bu tipli bəyanatlar səsləndirməsinin sülh prosesini pozmaq məqsədidaşıdığını vurğulayan politoloq PİA.az-a bildirb ki, istər Azərbaycan qarşısında, istaərsə də beynəlxalq ictimaiyyət qarşısında Ermənistan qəti olaraq mövqeyini dəqiqləşdirməlidir:

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın açıqlaması ilk növbədə rəsmi Yerevanın sülhdə maraqlı olmadığını göstərir. Ermənistan rəsmisinin Rusiya XİN rəhbəri Sergey Lavrovla telefon əlqasəsindən sonra bu kimi açıqlamanı verməsi əsliində Yeravanın Bakı ilə sülh sazişinin olmaması ilə bağlı Kremllə razılaşdıqlarını göstərdi. Bu da, Brüsseldəki əldə olunan razılaşmaların Ermənistanın siyasi rəhbərliyi tərəfindən pozulmasıdır.
Brüsseldə əldə edilmiş razılaşmaya əsasən tərəflər sülh istiqamətində addımlar atmalı və xarici işlər nazirləri bu istiqamətdə işləməli idi. Amma, Ermənistan xarici işlər naziri özü görüşün əleyhinə olan açıqlama verirsə, qarçıdakı görüşdən nə gözləmək olar?

Göründüyü kimi, bir tərəfdən Nikol Paşinyan ilin sonuna qədər sülh müqaviləsinin bağlanması haqqında fikirlər səsləndirir, naziri isə əks fikir ortaya qoyaraq problemli açıqlamalar verir. Bu da onun göstəricisidir ki, ortada Ermənistanın sülh niyyəti deyilən bir şey yoxdur.

Məlumdur ki, Yerevan Moskva və Brüssel arasında var-gəl etməklə prosesi pozmağa cəhd etsə, Azərbaycan Ermənistanı cəzalandıracaq. Buna görə də indi Ermənistan çətin vəziyyətdədir. Eyni zamanda Ermənistan iki böyük güc olan Rusiya və Qərbin arasında qalıb və artıq əvvəlki kimi bu iki gücün arasında manevr edə bilmir. Erməni rəsmilərinin səfərlərinə diqqət salsaq, bunu açıq şəkildə görərik.

Məhəmməd Əsədullazadə: “Erməni cəmiyyəti sülhə hazır deyil və Nikol Paşinyan da buna görə sülh sazişinə imza atmaqdan qorxur”.

Ümumiyyətlə, Ermənistan tərəfi dörd dəfə Brüssel görüşünə qatılıb və verilən açıqlamalardan görünüb ki, bu görüşlər əslində konustiriktiv keçib. Amma hər dəfə görüşdən sonra Ermənistan tərəfi fərqli açıqlama verərək əldə olunan razılaşmaları pozmağa çalışır. Bunun izahı odur ki, erməni cəmiyyəti sülhə hazır deyil və Nikol Paşinyan da buna görə sülh sazişinə imza atmaqdan qorxur. Amma Paşinyan qorxursa, sülhdə maraqlı deyilsə, Azərbaycan özü prosesi yönləndirə və yekunlaşdıra bilər. Çünki, Azərbaycan lideri Paşinyanı görmək xatirinə Brüsselə getmir və rəsmi Bakı bu görüşlərlə bağlı konkret nəticələr gözləyir.

Ararat Mirzoyanın açıqlamasına rəsmi Bakı cavab verməli, Ermənistandan konkret mövqe tələb etməlidir. Çünki bu danışıqları pozmaq cəhdidir. Buna görə də istər Azərbaycan qarşısında, istaərsə də beynəlxalq ictimaiyyət qarşısında Ermənistan qəti olaraq mövqeyini dəqiqləşdirməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Ən çox oxunanalar