Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tahir Kərimli: “Siqareti ciyərlərimə çəkə bilmirəm, zərurətdən deyil, andıma görə çəkirəm”

“Bəli, demişdim ki, Xocalı geri alınana kimi siqaret çəkəcəyəm. Təəssüf ki, Xocalı hələ alınmayıb. Orada rus sülhməramlıları dayanıblar. Vaxtilə Xocalı elə sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə bizdən alınmışdı. Doğrudur, siqareti ciyərlərimə çəkə bilmirəm. Bəzən də yadımdan çıxır ki, siqaret çəkməli idim. Məndə siqaret çəkmək ənənəsi, siqaretə meyil yoxdur. Ona görə də hərdən unuduram. Dərhal yadıma düşən kimi andıma sadiq qalaraq siqareti çəkməyə davam edirəm…”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat bildirib ki, Xocalının rus sülhməramlılarının nəzarətində olmasını təhqirlə qarşılayır: “O vaxt Xocalı işğal edilən zaman dərhal Ağdama yola düşdüm. Tamerlan Qarayev Uzundərədə idi, onunla görüşdüm. Sonra Qatır Məmmədin oğlu, Milli Qəhrəman Canpolad Rzayevin yasında iştirak etdim. O vaxt qərargah gülləbaran olmuşdu, qərargahdan prezidentlə danışa bilmədim. Ancaq daxili işlər naziri Tofiq Kərimovla danışdım, çox ağır sözlər dedim. Xüsusən cəmi iki nəfərin öldüyü ilə bağlı yalan məlumatın yayılmasına görə... Xalqı bilərəkdən, ya da məlumatsızlıqdan aldatmışdılar. O zaman Qarabağın Həcəri adlanan Səbirə Mahmudova da mənimlə idi, müşaiyət edirdi. Biz çox yerlərə getdik. Şellidə rus polkovniki kənardan atəş açırdı, heç Xocalıya da düşmürdü. Özü də içkili idi. Onunla da böyük mübahisəmiz düşmüşdü. Ona o qədər pul verirdik, çünki həmin vaxt bizim mütəxəssislərimiz yox idi. Şükürlər olsun, indi bütün sahələrdə yüksək səviyyəli mütəxəssislərimiz var. Xocalı hökmən alınacaq, inanıram. Necə ki, Laçın gözləniləndən də 1 il tez azad olundu, Xocalı da mütləq azad olunacaq. Buna heç kim heç vaxt şübhə etməsin. Xocalıda Allahın izni ilə olduqca gözəl şəhər salacağıq, düşmənlərə göz dağı olacaq. Dostlar çox sevinəcəklər”.

T.Kərimli gənclərin siqaretdən uzaq durmalarını məsləhət görüb: “Mən siqaret çəkirəmsə, bu, o demək deyil ki, gənclərimiz siqaretə meyil etsinlər. Heç vaxt gənclərə siqaret çəkməyi məsləhət bilmərəm. Hətta siqaret çəkənlərin bir çoxu sonradan bəzən narkotikə də aludə olurlar. Tibbi cəhətdən çox qorxulu, ziyanlıdır. Məndə başqadır… Necə ki, “Xocalı 366” deyirik, mənim özümün də 66 yaşım var. Allahın izni ilə mütləq siqareti tərgidəcəyəm. Andıma görə çəkirəm, zərurətdən yox. Cavanlarımız siqaretə heç vaxt yaxın durmasınlar. Açıq deyim, hətta spirtli içki hardasa normada içilsə, xeyiri var, amma siqaretin çətin bir şeyə xeyri olsun…”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Qəzza zolağında ölən fələstinlilərin sayı 39,2 min nəfəri keçib

Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin Paris-2024-də pozulmasına dair bəyanat yayıb

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Ən çox oxunanalar