Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş prokuror: “Məhkəmə istintaqı zamanı 41 Azərbaycan vətəndaşı İrana qaçıb”

Kamran Əliyev məhkəmə istintaqı zamanı 41 Azərbaycan vətəndaşının İrana qaçdığını bildirib

İranın paytaxtı Tehranda səfərdə olan baş prokuror Kamran Əliyev bu ölkədən olan həmkarı Məhəmməd Cəfər Montazeri ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə ILNA məlumat yayıb.

“Əgər iki ölkə arasında münasibətlər yüksək səviyyədə olarsa, bu, digər münasibətlərə, o cümlədən məhkəmə sisteminə müsbət təsir göstərəcək. Münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, qanun pozuntusu da (hər iki ölkə vətəndaşları tərəfindən - “Report”) olur və biz bu səfər zamanı məhkəmə orqanları ilə də görüşəcəyik və problemlərin həlli yolu hazırlanacaq”, - Azərbaycanın baş prokuroru vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan hökuməti narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə çox ciddi yanaşır:

Azərbaycandakı bir sıra iranlı məhbusların narkotiklə bağlı cinayətləri var və cəzaları yekunlaşan şəxslərin ekstradisiya müqaviləsi əsasında ekstradisiya oluna bilər və 137 məhbusun dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır”.

Kamran Əliyev məhkəmə istintaqı zamanı 41 Azərbaycan vətəndaşının İrana qaçdığını bildirib:

“Biz həmin şəxslərin Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edildiyi üçün ölkəmizə qaytarılmasını gözləyirik”.

Daha sonra baş prokuror həmin şəxslərin adlarını qarşı tərəfə təqdim edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Qəzza zolağında ölən fələstinlilərin sayı 39,2 min nəfəri keçib

Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin Paris-2024-də pozulmasına dair bəyanat yayıb

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Ən çox oxunanalar