Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““Qisas” əməliyyatı seperatçılara dərs olmadı” - Hərbi ekspert

“Qisas” əməliyyatından sonra Rusiya sülhməramlıları təmas xəttində erməni terrorçuları ilə bilikdə bəzi postlarda yerləşiblər...

Üzeyir Cəfərli: “Hələlik görünən odur ki, ayın 3-də olan hadisə onlar üçün dərs olmayıb. Yəqin ki, yaxın vaxtlarda Azərbaycan ordusu daha sərt addımlar atacaq”.

“Sepratçılar hələ də Rusiya sülhməramlıları ilə bir yerdə Azərbaycana qarşı fəaliyyətlərini sürdürlər”.

Dünən “Sputnik Armeniya” xəbər verir ki, “Qisas” əməliyyatından sonra Rusiya sülhməramlıları təmas xəttində erməni terrorçuları ilə bilikdə bəzi postlarda yerləşiblər.

Belə bir vəziyyəti sülhməramlı anlayışına nə qədər uyğun görmək olar və vəzifələri həmin silahlı terror dəstələrini tərksilah etmək olan Rusiya sülhməramlılarının bu hərəkətlərinə hansı siyasi və hüquqi qiymət vermək olar?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi-ekspert Üzeyir Cəfərli ilə müzakirə edib.

Üzeyir Cəfərli: “Biz sərt reaksiya vermədikcə, ermənilər daha da rus sülhməramlılarının xeyir duası ilə azğınlaşırlar”.

Azərbaycanın daha qətiyyətli addımlar atmalı olduğunu düşünən ekspert PİA.az-a bildirib ki, bu qətiyyətli addımlar atılmayacağı təqdirdə seperatçılar başqa yollara əl atacaq:

“Burada təəccüblü heç nə yoxdur. Çünki biz indiyə qədər gördük ki, Rusiya sülhməramlıları öz missiyalarını Qarabağda separatçıların marağını təmin etmək üçün istifadə edirlər. Həm də bu ilk deyil, dəfələrlə bu kimi hadisələrlə rastlaşmışıq.

Buna görə də hesab edirəm ki, Azərbaycan tərəfi Rusiya sülhməramlılarının özbaşınalıqlarına sərt reaksiya verməlidir. Biz sərt reaksiya vermədikcə, ermənilər daha da rus sülhməramlılarının xeyir duası ilə azğınlaşırlar. Bu azğınlaşmanın da qarşısı alınmalıdır.

Üzeyir Cəfərli: “Rusiya sülhməramlıları öz missiyalarını Qarabağda separatçıların marağını təmin etmək üçün istifadə edirlər”.

Son vaxtlar baş verən hadisələr onu göstərir ki, Azərbaycan daha qətiyyətli addımlar atmalıdır. Bu qətiyyətli addımlar atılmayacağı təqdirdə sepratçılar hələ də Rusiya sülhməramlıları ilə bir yerdə Azərbaycana qarşı fəaliyyətlərini sürdürürlər.

Azərbaycanın keçirdiyi “Qisas” əməliyyatı onlara dərs olmalı idi. Amma təəsüflər olsun ki, biz başqa mənzəni görürük. Başqa mənzərə də ondan ibarətdir ki, sepratçılar hələ də Rusiya sülhməramlıları ilə bir yerdə bəzi işləri həyata keçirirlər. Buna görə də düşünürəm ki, Rusiya sülhməramlıları ilə bağlı Azərbaycan ciddi ölçü götürülməlidir.

Hələlik görünən odur ki, ayın 3-də olan hadisə onlar üçün dərs olmayıb. Yəqin ki, yaxın vaxtlarda Azərbaycan ordusu daha sərt addımlar atacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Ən çox oxunanalar