Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəfat etmiş şəxslərin vərəsələrinə birdəfəlik ödəmə necə təyin olunacaq?

Dövlət başçısının Fərmanının icrası olaraq və Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun şəkildə bu gündən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr təyin olunur.

PİA.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarından həmin dövrədək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, həmçinin sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan 11 minədək şəxsə həmin birdəfəlik ödəmələr təyin edilib.

E-sistemlərdə, habelə müvafiq arxivlərdə aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün e-qaydada ödəmə təyin edilməyən şəxslər, habelə birdəfəlik ödəmə almaq hüququ olan vəfat etmiş şəxslərin vərəsələri də onlara dair müvafiq məlumatlar e-sistemə daxil edildikdən sonra həmin sosial ödənişlərlə təmin olunacaqlar.

Bunun üçün qeyd olunan şəxslərə bu posterlərdə göstərildiyi qaydada müraciət edərək sənədləri təqdim etmələri tövsiyə olunur.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar