Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda nazir müavini qəzaya düşdü - Foto, Video

Dünən Nəsimi rayonu ərazisində - “Yeganə” şadlıq sarayının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, yüksək sürətlə hərəkət edən 90-FH-005 nömrə nişanlı “BMW” markalı avtomobil “Hundai Santafe” markalı avtomobilə çırpılıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza baş verdikdən dərhal sonra “BMW”dəki sərnişin başqa avtomobilə əyləşərək ərazini tərk edib.

Qəzanı törədən sürücü avtomobilin nazir müavininə məxsus olduğunu, yüksək çinli məmura xidmət etdiyini, buna görə də bütün hallarda günahkar sayılmayacağını deyib. Daha sonra o, yol polisi ilə danışıb. “Santafe”nin sahibi əraziyə yol polislərini dəvət etsə də, gələn olmayıb.

Bir qədər sonra yol polisi əvəzinə Post Patrul Xidmətinin əməkdaşları təşrif buyurublar.

Onlar avtomobilləri kənara çəkərək, yolu təmizləməyi göstəriş veriblər.

Zərərçəkən sürücü etiraz etdikdə, ona bildirilib ki, ərazidə kamera var və sabah (bu gün - red.) təqsirin kimdə olduğu kameralara baxılıb müəyyənləşdiriləcək.

Məlum olub ki, 90-FH-005 nömrə nişanlı “BMW” Fövqəladə Hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyevin xidməti avtomobilidir.

Avtomobili etibarnamə ilə Cəlilov Azad Eynulla oğlu idarə edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Ərəstun Oruclu: Putinin Qafqazda ciddi dəstəyə ehtiyacı var...

Ən çox oxunanalar