Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rayonlarda xalqla işləyən icra nümayəndələri olmalıdır” - Könül İsmayılova 

Prezident İlham Əliyevin 25 iyul tarixində Masallı, LerikGöygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışında bir çox önəmli məqamlara toxundu. Prezidentin çıxışında əsas diqqət çəkən məqam onun dövlət məmurları haqqında dedikləri fikir oldu. Dövlət başçısının çıxışından belə nəticəyə gəlmək olar ki, məmurların işindən narazılıq çoxdur.

Prezident də dediyi kimi dövlət məmurları yaxşı işləməlidir. Vəzifəyə milli qüruru olan, vətənini, dövlətini sevən şəxslər təyin edilməlidir. Dövlət məmurları neqativ olan bütün işlərdən uzaq olmalıdır. Eyni zamanda rayonlarda xalqla işləyən icra nümayəndələri olmalıdır. Hər bir vətəndaş dövlətin vətəndaşıdır. Sadəcə olaraq vətəndaşlar daşıdıqları vəzifələrə görə bir-birindən fərqlənirlər. Fərqlənən vətəndaşlar, yəni vəzifədə olan məmurlar başqa vətəndaşlara yuxarıdan aşağıya baxmamalıdır. İnsanların hamısına eyni gözlə baxmaq lazımdır.

Prezidentin çıxışında diqqət çəkən bir məqam da şəhid ailələrinə göstərilən münasibət oldu. Ölkə başçısı bir daha qeyd etdi ki, şəhid və qazi ailələrinə rayonlarda, ümumiyyətlə heç bir yerdə laqeyd münasibət olmamalıdır. Yəni dövlət səviyyəsində qazi və şəhid ailələrinə necə münasibət göstərilirsə, rayonlarda da onlara qarşı bu cür münasibət olmalıdır. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur.

Heç kəs unutmamalıdır ki, qəhrəman əsgər və zabitlərimiz hesabına biz 30 il işğalda olan ərazilərimizi düşməndən azad etdik. Onlar həmin torpaqlarımıza görə canlarını fəda etdilər və sağlamlıqlarını itirdilər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun.

Bu məsələdə heç bir neqativ hallara yol vermək olmaz. Çünki bu bizim həm dövlətimizə yaraşmayan hərəkətdir, həm də neqativ hallar tez ictimailəşir və nəticəsi də ağır olur. Biz müzəffər, qalib xalq kimi ləyaqətlə yaşayırıq. Buna görə də ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem, ədalətsizlik, vətəndaşların dövlətdən narazı qalması kimi hallar olmasın.

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın İdarə Heyətinin üzvü Könül İsmayılova

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ən çox oxunanalar