Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səxavət Məmmədovun oğlu: "Hələ də Ağdam ziyarətinin təsiri altındayam"

Muğam ustası, tanınmış xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədov Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərinə ilk səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

"Report"un məlumatına görə, o, səfərin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

“Komitənin rəhbərliyinə və bütün kollektivinə səfərin bu qədər yüksək səviyyədə və uğurlu təşkilinə görə minnətdarlığımı bildirirəm. Arzum budur ki, qürbətdə olan digər insanlarımız da işğaldan azad edilən torpaqlarımıza gəlsinlər, doğmalarının məzarlarını ziyarət etsinlər və təskinlik tapsınlar” - o qeyd edib.

Bəxtiyar Məmmədov hələ də bu ziyarətin təsiri altında olduğunu söyləyib: “23 iyulu biz həmişə Ağdamın işğal günü, Ağdam şəhidlərinin anım günü kimi qeyd edirdik. Bu gün isə o tarixə çox yaxın bir gündə mən bir güllə atılmadan azad olunan Ağdama gedib atamın məzarını ziyarət edə bildim. Bu mənada qürurverici hisslər yaşadım. Bu hissləri bizə yaşadan ilk növbədə canını vətənə fəda edən şəhid və qazilərimizdir. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzu edirəm. Dövlətimizə, Ali Baş Komandana güc, iradə və haqq işində uğurlar diləyirəm. Biz xaricdəki azərbaycanlılar da hər zaman xalqımızın, dövlətimizin yanında olacağıq”.

Qeyd edək ki, iyulun 20-də mərhum xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədov illər sonra ilk dəfə Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərinə səfər edib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşdirilən səfər zamanı Bəxtiyar Məmmədov atasının məzarını ziyarət edib.

Uşaqlıqda teleaparıcı kimi tanınan Bəxtiyar Məmmədov hazırda ABŞ-da yaşayır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdəki qələbəsini təsdiqləyib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Ən çox oxunanalar