Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin ailə və sosial xidmətlər naziri Şuşaya gedib - Yenilənib

Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti bu gün ölkəmizin mədəniyyət paytaxtı Şuşada olublar.

PİA.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Bahar Muradova ilə birlikdə qonaqlar öncə Füzulidə Merdinli Məscidini ziyarət edərək, məscidin erməni qəsbkarları tərəfindən viran edilməsinin əyani şahidi olublar.

Daha sonra bütün müasir və beynəlxalq standartlara cavab verən Füzuli Beynəlxalq Hava Limanı ilə yaxından tanışlıq olub.

Səfər nümayəndə heyətinin Şuşa şəhərinin tarixi və gələcək inkişaf planları ilə tanış olması ilə davam edib. Eyni zamanda Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün heykəlləri, Bülbülün ev-muzeyi, ermənilər tərəfindən dağıdılmış digər mədəniyyət abidələri və Cıdır düzü ziyarət edilib.

Cıdır düzünü ziyarət edən qonaqlar füsunkar mənzərəyə malik Şuşada olmaqdan son dərəcə məmnun olduqlarını bildiriblər. Səfər müddətində Şuşada və yol boyunca işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və tikinti işlərinin sürət və keyfiyyətini xüsusi olaraq vurğulayıblar.

Həmçinin Ədalət və Azadlıq uğrunda Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsini minnətdarlıq hissi ilə yad ediblər.

***

Azərbaycanda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti Şuşaya gedib.

PİA.az xəbər verir ki, səfərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak edir.

Xatırladaq ki, D.Yanık Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Ən çox oxunanalar