Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lökbatanda “Abad məhəllə” sakinlərin istifadəsinə verildi - Fotolar

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində hər yerdə olduğu kimi, Qaradağ rayonunda da davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir. Yollar təmir olunur, binaların dam örtüyü dəyişdirilir, fasadları müasir üslubda üzlənir, giriş qapıları təmir edilir, abad məhəllələr salınır, küçələr yenidən qurulur.Rayonun bütün qəsəbələrində əhalinin asudə vaxtının təşkili və səmərəli istirahətinin təmin edilməsi üçün abad məhəllənin salınması üçün yerlər ayrılır.

Lökbatan qəsəbəsində Seymur Orucov küçəsi, 1 saylı binanın həyətində salınmış növbəti abad məhəllə istifadəyə verilib.

Ətraf ərazilər abadlaşdırılmış, yeni yaşıllıq zolaqları salınmış, abad məhəllədə kölgəliklər və uşaq meydançaları quraşdırılıb. Ətrafda olan çoxmərtəbəli yaşayış binaların fasadları və giriş qəfəsləri təmir edilib. Şüşələnmə və boyaq işləri görülüb, binaların həyətində asfalt örtüyü salınmış və küçə işıqları quraşdırılmışdır. Binaların dam örtüyü də yenilənib.

Qeyd edək ki, ərazidə 2 ədəd kölgəlik, 1 ədəd uşaqlar üçün sürüşkən, 2 ədəd yelləncək tərəzi quraşdırılıb.. Abadlaşdırılan ərazidə 100 metr yeni su xətti çəkilib, 30 ədəd müxtəlif ağaclar əkilib, 300 kv.m qazon salınıb. Ətraf ərazinin yollarının təmiri məqsədi ilə 2200 kv.m asfalt örtüyü döşənmiş və üzərində yol hərəkəti qaydalarını müəyyənləşdirən xətlər çəkilib. 650 kv.m divar hörülmüş, 800 kv.m suvaq işi görülüb, 6 ədəd küçə işığı quraşdırılıb, 664 kv.m aqlay salınmış, 319 kv.m bordür salınıb. Abadlaşdırılma işləri çərçivəsində ətrafda olan çoxmərtəbəli yaşayış binalarında 2600 kv.m rənglənmə işləri aparılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Ən çox oxunanalar