Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə ilə İtaliya arasında mühüm əməkdaşlıq sənədləri imzalanıb - Foto

İtaliyanın Baş naziri Mario Draqinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri uğurla keçib. İki dost ölkə arasında mühüm əməkdaşlıq sənədləri imzalanıb.

İki ölkə liderləri, eləcə də heyətlərarası görüşlərdən, həmçinin üçüncü hökumətlərarası zirvə toplantısından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın Baş naziri Mario Draqin birgə mətbuat konfransı keçiriblər.

Əvvəlcə liderlər müzakirə olunan məsələlər barədə ümumi məlumat veriblər. Diqqətə çatdırılıb ki, Türkiyə ilə İtaliya arasında əməkdaşlığın dinamikası, beynəlxalq və regional proseslər müzakirə olunub.

Bölgəmizdə baş verən proseslərin Türkiyənin bir çox sahələrdə Avropa İttifaqı üçün nə qədər əhəmiyyətli olduğunu diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan bildirib ki, qarşıdakı bir həftə, 10 gün ərzində danışıqları intensivləşdirib Qara dənizdə taxıl daşınmasına dair nəticə əldə etməyə çalışacağıq.

Prezident Rəcəb Tayyib Ərdoğan ifadə edib ki, SAMP-T (hava hücumundan müdafiə sistemi) məsələsində imza mərhələsinə gəlmək istəyirik. Çünki bu, müdafiə sistemlərimiz üçün də böyük əhəmiyyət kəsb edir.

İki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişafını yüksək dəyərləndirən Mario Draqin Türkiyənin Qara dənizdə taxıl daşınmasına dair vasitəçilik missiyasının böyük əhəmiyyətə malik olduğunu bildirib.

Xatırladaq ki, iki ölkə arasında hökumətlərarası zirvə toplantısının birincisi 2008-ci ildə İzmirdə, ikincisi isə 2012-ci ildə Romada keçirilib.(unikal)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Avtomobil almaq istədilər, bir milyon manatından oldular

Ən çox oxunanalar