Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Parazit cütlüyü” Qazaxıstandan nə istəyir? – Və Keosayanın adı niyə terrorçular siyahısına salınıb?

“Mən mütləq Qazaxıstana gedəcəyəm və bunun üçün Qazaxıstan hakimiyyətindən icazə almayacağam. O an gələcək və mən mütləq böyüdüyüm doğma, sovet Qazaxıstanına gedəcəyəm”.

Bunları Kremlin əsas təbliğatçılarından olan Marqarita Simonyanın əri Tiqran Keosayan Rusiya mətbu orqanlarından birinə açıqlamasında deyib.

Keosayanın bu sözləri söyləməsinə səbəb Qazaxıstan hakimiyyətinin onun ölkəyə girişinə qadağa qoymaqla yanaşı, adını terrorçularla eyni siyahıya salmasıdır. Qazaxıstanın bu addımı isə təsadüfi deyil. Məlum olduğu kimi, Keosayan bir müddət əvvəl Qazaxıstanla Rusiya arasında siyasi gərginliyə səbəb olan təxribat və hədə-qorxu mesajları ilə çıxış etmişdi.

Simonyanın əri Rusiyanın ətrafındakı ölkələrin tərəf seçməli olduğunu deyib və birmənalı olaraq Rusiyanı dəstəkləməyənlərin düşmən elan edilməli olduğunu bildirib.

Erməni əsilli “rus vətənpərvəri” Moskvanın Qazaxıstan hakimiyyətini xilas etdiyini, əvəzində isə bu ölkədə 9 may “Qələbə paradı”nın təxirə salınmasını satqınlıq kimi qələmə verib: “Ukraynaya diqqətlə baxın, ciddi düşünün. Düşünürəm ki, bizim səlahiyyətli şəxslərin də (Qazaxıstanla-red.) əlaqələrin səviyyəsini yenidən qiymətləndirməsi lazımdır”.

Həmin vaxt Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü demişdi ki, Keosayanın bu fikirləri “Qazaxıstanla Rusiya arasındakı münasibətlər atmosferini zəhərləməyə” xidmət edir. O, həmçinin Keosayanın Qazaxıstana girişinə qadağa qoyulacağını və onun adının “arzuolunmaz şəxslər” siyahısına salınacağını bildirmişdi. Bugünlərdə isə məlum olub ki, Keosayanın adı nəinki “arzuolunmaz şəxslər”, hətta terrorçular siyahısına salınıb.

Maraqlıdır ki, Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev də son Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Keosayanın arvadı Simonyanın Qazaxıstanın mövqeyilə bağlı eyni məzmunlu sualları ilə qarşılaşıb.

Simonyanın suallarına kifayət qədər sərt və birmənalı cavablar verən Tokayev ölkələrin ərazi bütövlüyünün toxunulmazlığının tərəfdarı olduğunu söyləməklə yanaşı, ad çəkmədən Keosyanın da açıqlamalarını sərt şəkildə pisləyib.

Ancaq göründüyü kimi, Qazaxıstan cəmiyyətinin və ölkə başçısının bütün bu narazılıqlarına, təpkilərinə rəğmən Keosayan yenə başından böyük təxribatçı açıqlamalarını dayandırmır. Onun “nə vaxtsa sovet Qazaxıstanına qayıdacağına” dair söylədikləri də Rusiyanın işğalçılıq planlarının və bununla bağlı apardığı təhdid və hədə-qorxu siyasətinin tərkib hissəsidir.

Təbii ki, Kremlin “hürdürdüyü” heç kimdə şübhə doğurmayan bu varlığın həm Qazaxıstanı Ukraynanın gününə qoymaqla hədələməkdə, həm də gələcək “sovet Qazaxıstanı” barədə danışmaqda əsas məqsədi ona verilən sifarişləri yerinə yetirməkdir və bütün bunlardan sonra təbii ki, Qazaxıstan haqlı olaraq onu terrorçularla eyni sırada görür.

Ümumiyyətlə, Simonyan-Keosayan cütlüyünə Rusiyanın hələ də ağlı başında olan ziyalılarının, siyasətçilərinin, incəsənət və mədəniyyət xadimlərinin münasibəti olduqca mənfidir. Onlara ən düzgün və layiqli adı isə Rusiya müxalifətinin lideri sayılan Aleksey Navalnı verib: “Parazit cütlüyü”!

Rusiyalı jurnalist Slava Taroşina isə bu ailə ilə bağlı deyib: “Simonyan-Keosayan ailə tandeminin əmələ gəlməsindən sonra Rusiya təbliğatı özünün son cizgilərini cızmış oldu – “hər şey etmək olar, heç nə ayıb deyil””.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb - Yenilənib

Ən çox oxunanalar