Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lavrovun Azərbaycana gəlişinə qadağa qoymaq lazımdır” - Hafiz Hacıyev

Sergey Lavrov Türkiyə və Yeravan səfərlərindən sonra Bakıya gəlir...

Müasir Müsavat Partiyasının sədri: “Lavrov İrəvanda səfərdə olanda Azərbaycan əleyhinə danışdı. İndi o Bakıya səfər edəndə nədən danışacaq?”.

Rusiya Azərbaycanın suverenliyini hər dəqiqə şübhə altına alırsa və öz prezidentinin imzasına hörmət etmirlərsə, biz ciddi şəkildə düşünməliyik”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya gözlənilən səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, Sergey Lavrov Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Lavrovun Bakı səfərinin gözləntilərini PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Lavrov Azərbaycanı istəməyən bir insandır”.

Lavrovun Bakı səfərində onun İrəvanda dediyi bütün fikirlərin nəzərə alınmalı olduğunu vurğulayan partiya sədri bildirib ki, onsuz da Azərbaycan torpaqları Lavrovlara görə 30 il işğalda qaldı. Rusiya da bu 30 ildə və indi də Qarabağla bağlı eyni fikirdədir:

Rusiya Ukrayna ilə apardığı işğalçı siyasətinə görə bir çox ölkəyə rəsmi səfər edə bilmirlər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəndə sevinir ki, xaricə səfər etdi. Həmçinin rus nümayəndələrinin Bakı səfəri də onlar üçün sevincli hadisədir.

Lavrov İrəvanda səfərdə olanda Azərbaycan əleyhinə danışdı. İndi o Bakıya səfər edəndə nədən danışacaq? Lavrovun Bakı səfərində onun İrəvanda dediyi bütün fikirlər nəzərə alınmalıdır. Onsuz da Azərbaycan torpaqları Lavrovlara görə 30 il işğalda qaldı. Rusiya da bu 30 ildə və indi də Qarabağla bağlı eyni fikirdədir.

Hafiz Hacıyev: “Bu günə qədər Qazanın 7 kəndi qaytarılmalı, Zəngəzur dəhlizi açılmalı, Azərbaycanın sərhədləri də tanınmalı idi”.

Buna görə də biz heç bir dövlətə fikir vermədən 44 günlük Vətən müharibəsində tutduğumuz mövqeyi tutmalıyıq. Biz Lavrovun, Putinin nə dediyinə qulaq asmamalıyıq. Azərbaycan torpaqlarında terrorçular var və biz öz torpaqlarımızdan həmin terrorçuları təmizləməliyik. Biz dünya qanunlarından istifadə edərək öz haqqımızı tələb edirik.

Sergey Lavrovun Azərbaycana gəlişinə qadağa qoymaq lazımdır. Çünki o Azərbaycanı istəməyən bir insandır. Rusiya Azərbaycanın suverenliyini hər dəqiqə şübhə altına alırsa və öz prezidentinin imzasına hörmət etmirlərsə, biz ciddi şəkildə düşünməliyik. Bu günə qədər Qazanın 7 kəndi qaytarılmalı, Zəngəzur dəhlizi açılmalı, Azərbaycanın sərhədləri də tanınmalı idi”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb - Yenilənib

Ən çox oxunanalar