Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İstərdim ki, prezident növbəti Brüssel görüşünə getməsin” - Hafiz Hacıyev

Ermənistan tərəfi sülhə və danışıqlarda irəliləyişə nail olmaqda maraqlı deyil...

Partiya sədri: “Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsində sadəcə olaraq vaxt udmaq istəyir. O dünyada gedən proseslərin və Ukrayna-Rusiya müharibəsinin nə ilə nəticələnəcəyini gözləyir”.

“Paşinyan Brüsseldə bir söz deyir, Yerevana çatan kimi də Putinin göstərişi ilə başqa söz deyir”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AzərbaycanErmənistan liderlərinin Brüsseldə razılaşdırılan növbəti görüşünü PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi avqustun əvvəlində prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın Brüsseldə növbəti görüşünün razılaşdırıldığı bəlli oldu. Məlumdur ki, üç Brüssel görüşlərində əldə olunan razılışmalara Ermənistan əməl etmir. Bununla yanaşı Kəlbəcərdə strateji yüksəklikləri tutmaq üçün əks həmlələr etməyə çalışır. Hətta Paşinyan müdafiə naziri Süren Papikyanı Azərbaycanla sərhəddə göndərib.

Bütün olanlardan sonra növbəti Brüssel görüşünün keçirilməsinə ehtiyac varmı?

Pia.az-ın əməkdaşı mövzunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Ermənistanın baş naziri  çalışır ki, uzatdığı vaxtdan istifadə edərək yeni ərazilər ələ keçirsin və üstünlüyü ələ alsın”.

Qarabağın qalan yerlərinin azad edilməsinə, Xankəndinin boşaldılmasına, bayrağımızın orada dalğalanmasına öz gücümüzlə nail olmalı olduğunuzu vurğulayan partiya sədri əlavə edib, buna görə də Paşinyanın yalan vədlərinə inamamalıyıq və vaxt itirməməliyik:

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsində sadəcə olaraq vaxt udmaq istəyir. O dünyada gedən proseslərin və Ukrayna-Rusiya müharibəsinin nə ilə nəticələnəcəyini gözləyir. Eyni zamanda Paşinyan müstəqil adam da deyil. O Brüsseldə bir söz deyir, Yerevana çatan kimi də Putinin göstərişi ilə başqa söz deyir. Hətta Putin Paşinyana deyib, sən kimsən ki, Qarabağ məsələsini mənsiz həll edirsən.

Paşinyanla danışıqlara getmək diplomatik bir işdir. Buna görə də danışıqlar davam etməlidir. Amma görünən odur ki, Brüssel görüşü elə görüş olaraq da qalır. Çünki Putin işğalçı bir dövlətin başçısı olaraq əldə olunan razılaşmaların həyata keçməsinə imkan vermir. Ermənistanın baş naziri də çalışır ki, uzatdığı vaxtdan istifadə edərək yeni ərazilər ələ keçirsin və üstünlüyü ələ alsın. Bununla da Azərbaycanla güc dilində danışsın. Amma bu mümkün olan məsələ deyil. Çünki Azərbaycan və ordusu güclüdür.

Hafiz Hacıyev: “Biz qalan torpaqlarımızı da azad edib, öz işimizi özümüz etməliyik. Bu məsələdə artıq başqa yol yoxdur”.

Qarabağın qalan yerlərinin azad edilməsinə, Xankəndinin boşaldılmasına, bayrağımızın orada dalğalanmasına öz gücümüzlə nail olmalıyıq. Buna görə də Paşinyanın yalan vədlərinə inamamalıyıq və vaxt itirməməliyik. Çünki itirilən hər bir saat bizim əleyhimizə işləyir. Çünki torpaq da, ərazi də bizimdir. Onlar sərhədlərimizi tanımırsa, biz də İrəvanın, Göyçənin geri qaytatılması məsələsini qaldırmalıyıq. Əgər dünyada ədalət varsa, onda bizim də səsimiz eşidilməlidir.

Azərbaycan Paşinyanın nazı ilə oynamağı qurtarmalıdır. Mən istərdim ki, prezident növbəti Brüssel görüşünə getməsin. Biz qalan torpaqlarımızı da azad edib, öz işimizi özümüz etməliyik. Bu məsələdə artıq başqa yol yoxdur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar