Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyev bır sıra idarə heyətinin üzvləri ilə onlayn iclas keçirdi - Foto

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev partiyanın bir sıra idarə heyətinin üzvləri ilə onlayn iclas keçirib.

PİA.az xəbər verir ki, iclasda Hafiz Hacıyev partiyanın idarə heyətinə tapşırıq verib ki, rayon təşkilatları ilə sıx əməkdaşlıq etsinlər. Onlar həmişə xalqın içində olsunlar. Partiya sədri bildirib ki, rayonlarda üzvlərin hansısa problemləri olarsa, həmin problemlərin yazılı surətdə qurumlara göndərilməsinə köməklik edilməlidir. Narazı olan xalqın problemləri ilə yaxından maraqlanmağı da partiya sədri qeyd edib. O deyib ki, rayonlarda olan neqativ hallar barədə vaxtında partiyanın Bakı ofisinə məlumat verilməlidir. Həmçinin rayonlarda təşkilatlanma işlərinin yüksək səviyyədə aparılmalı olduğunu da partiya sədri idarə heyətinin nəzərinə çatdırıb.

Hafiz Hacıyev Müasir Müsavat Partiyasına daxil olan yeni üzvlərlə maraqlanıb. O bildirib ki, mütəmadi olaraq özü rayon təşkilatları ilə onlayn görüşlərdə iştirak edəcək. Bu görüşlərdə də həmişə olduğu kimi idarə heyətinin gördüyü işlərlə yaxından tanış olacaq və öz təkliflərini verəcək.

Partiya sədri iclasda həm də Şuşa Bəyannaməsinin bir ili ilə bağlı da danışıb. O bildirib ki, Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. İkinci Qarabağ müharibəsi başlanan gündən Türkiyənin Azərbaycana açıq dəstəyini ifadə etdiyini xatırladan Hafiz Hacıyev deyib ki, Şuşa Bəyannaməsi ölkədə fəaliyyət göstərən siyasi partiyalar tərəfindən dəstəklənir. Hafiz Hacıyev idarə heyətinə Şuşa Bəyannaməsinin əsil mahiyyətinin xalq arasında təbliğatının aparılmasının vacib olduğunu deyib.

Eyni zamanda iclasda iştirak edən idarə heyətinin üzvlərinə, yəni rayon təşkilat sədrlərinə söz verilib. Onlar da ayrı-ayrılıqda rayonlarda gördükləri son işlərdən, siyasi təşkilatlardan danışıblar. Bildiriblər ki, partiyanın sədrinin tapşırığı ilə onlar xalqla yaxın olmağa çalışırlar. Onların problemlərinin tez bir zamanda həll edilməsi üçün çalışırlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar