Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müqtəda əs-Sədr nöqtəni qoydu: “Biz İrana bağlı şiə qruplarla heç vaxt koalisiya qurmayacağıq”

İraqda keçirilən parlament seçkilərində qalib gələn Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr hökumətin qurulmasında yaranan fikir ayrılıqlarına görə Milli Məclisdə müxalifətin tərəfini tutacaqlarını bildirib və müavinlərindən istefa ərizəsi hazırlamalarını istəyib.

Sədr bu fikirlərini yerli televiziya kanallarından birində səsləndirib.

O, çıxışında İrana yaxın şiə siyasi təşkilatların toplaşdığı Koordinasiya Çərçivəsi ilə heç vaxt ortaq hökumət qurmayacağını açıqlayıb.

"Sədr Qrupu olaraq Məclisdə müxalifət kimi iştirak edəcəyik. Qoy millət vəkilləri parlamentdən istefa verdiklərini bildirən ərizələrini yazıb hazırlasınlar", - Sədr belə deyib.

Sədr vurğulayıb ki, rəhbərlik etdiyi qrup ölkədə ciddi islahatlar aparmaq istəyir, bunu isə milli çoxluq hökuməti bacara bilər.

Maraqlıdır ki, Müqtəda əs-Sədr hökuməti qurmaq üçün Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokrat Partiyası (KDP) və parlamentdəki sünni çətir altında təşkilatlanan Suverenlik Koalisiyası ilə üçtərəfli ittifaq qurmuşdu. Bununla belə, o, İrana bağlı qüvvələrlə bir araya gəlməkdən çəkinir və bunu İraqın milli maraqlarına zidd addım olaraq qiymətləndirir.

2021-ci ilin oktyabrında İraqda keçirilən ümumi seçkilərdə Sədr qrupu 329 yerlik parlamentdə ilk partiya oldu. Lakin İrana yaxın deputat qrupu ilə Sədr arasında hökumətin qurulması məsələsində fikir ayrılıqları var. İraqda şiə-şiə qarşıdurması siyasi böhrana yol açır. (ovqat)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

Malidə "Vaqner"in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürülüb

Ən çox oxunanalar