Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsi təsdiq olunsun. Komitənin sədri vəzifəsi müvəqqəti olaraq 3 ay müddətinə Xalid Cavadova həvalə olunsun. Bu müddət başa çatdıqdan sonra tərəflərin qarşılıqlı razılığı əsasında müqavilə 2024-cü ilin martına qədər uzadılsın.

2. Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümü 10 komandanın iştirakı ilə keçirilsin. Müvafiq lisenziya almış “Kəpəz” və “Turan-Tovuz” klublarının Premyer Liqada iştirakı təsdiqlənsin.

3. 2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında legioner limiti 7+4 (7 əcnəbi, 4 yerli futbolçu) sistemi ilə tətbiq olunsun.

4. Beynəlxalq təcrübə, UEFA-nın milli komandalar və klub yarışlarında tətbiq olunan qaydalar nəzərə alınaraq, Azərbaycan Premyer Liqasında 2022/2023-cü il mövsümündən etibarən oyunlarda 5 əvəzetməyə icazə verilsin. Meydanı tərk edən futbolçuların əvəzinə oyuna daxil olan minimum 2 oyunçu yerli statuslu futbolçu olmalıdır.

5. Naib Əsədov AFFA-nın İntizam Komitəsinə üzv təyin olunsun.

6. Müvafiq komissiyanın təqdimatına uyğun olaraq, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:

- Məlik Həsənov

- Xanoğlan Abbasov

- Əli Hüseynov

- Boris Tibilov

İclasın sonunda İcraiyyə Komitəsinin üzvü, “Şamaxı” Futbol Klubunun Müşahidə Şurasının sədri Zaur Axundov işlərinin çoxluğu və vaxt məhdudiyyəti ilə əlaqədar klubda tutduğu vəzifədən istefa verdiyini bildirib.

İclas başa çatdıqdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvləri və baş katib Sərxan Hacıyev Azərbaycan milli komandasının məşqini izləyiblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar