Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya hərbçisi zorlama işinə görə mühakimə olunacaq

Ukrayna Baş Prokuroru Ofisi müharibə zamanı Rusiya hərbçilərinin zorlama cinayətləri ilə bağlı ilk işi məhkəməyə göndərib. Cinayət mart ayında, Kiyev vilayətinin Brovarski rayonunun işğalı zamanı baş verib.

PİA.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə baş prokuror İrina Venediktova "Facebook" səhifəsində məlumat verib.

"Rusiya Silahlı Qüvvələrinin 90-cı qvardiya tankı Vitebsk-Novqorod diviziyasının 239-cu alayının hərbi qulluqçusu Mixail Romanov qadının ərini öldürməkdə və qadına qarşı cinsi zorakılıqda təqsirli bilinərək mühakimə olunacaq", - deyə Venediktova bildirib.

Baş prokurorun sözlərinə görə, istintaq zamanı cinayətin mart ayında Brovarski rayonunun ələ keçirilməsi zamanı baş verdiyi müəyyən edilib. Rus işğalçısı kəndlərin birində evə soxulub.

"Sərxoş hərbçi digər işğalçı ilə birlikdə qətldən dərhal sonra (qurbanın ərinin qətli - red.) arvadını bir neçə dəfə zorlayıb. Onlar qadını silahla hədələyib, hətta həmin vaxt yaxınlıqda olan uşağına qarşı da zorakılıqla təhdid ediblər", - deyə baş prokuror xatırladıb.

Xatırladaq ki, Ukraynada bundan öncə digər bir rusiyalı hərbçi Sumı vilayətinin mülki sakinini qəsdən öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar