Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyəli keçmiş futbolçuya 14 il 7 ay həbs cəzası verilib

Məhkəmə adam öldürməkdə ittiham olunan Türkiyənin "Fənərbağça" və "Beşiktaş" klublarının sabiq futbolçusu Sezer Öztürklə bağlı qərar verib.

"Report"un "Fanatik"ə istinadən məlumatına görə, veteran yarımmüdafiəçi 14 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokurorluq daha əvvəl 3 müxtəlif cinayətə görə Öztürkə 23 il 9 ay həbs cəzası verilməsini tələb etmişdi.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 19-da baş verib. Sezer Öztürk Halil İbrahim Genç adlı şəxslə yol verməmə üstündə mübahisə edib. Daha sonra Genç silahla vurularaq öldürülüb. Şübhəli şəxs Öztürk Artvindən Gürcüstana getmək üçün yük maşınına minib. O, axtarış nəticəsində TIR-ın arxasında aşkarlanıb.

Onun barəsində "Qəsdən adam öldürmə" maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

Keçmiş futbolçu daha öncə verdiyi ifadədə barəsində irəli sürülən ittihamları rədd edib. O, Halil İbrahim Gençi öz mühafizəçisi adlandırıb. Öztürk bildirib ki, evə qayıtdığı vaxt 30-40 nəfərin onun avtomobilinin qarşısını kəsərək, zərbələr endirməyə başlayıblar. Keçmiş futbolçu silahdan atəşi özünün yox, Ömer Gençin havaya və yerə açdığını iddia edib: "Qarşımızı kəsənlər bizə içkili vəziyyətdə hücum etdilər. Yanımda mühafizəçim, onun və mənim uşaqlarım, həyat yoldaşlarımız var idi".

Almaniyada doğulmuş Öztürk Almaniyanın "Bayer" və "Nürnberq", Belçikanın "Beersxot", Türkiyənin "Manisaspor", "Eskişehirspor", "Fənərbağça", "Beşiktaş", "İstanbul BB" və "Eskişehirspor" komandalarında, həmçinin, Türkiyənin U-17, U-19, U-21 və ikinci yığmasında forma geyinib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ən çox oxunanalar