Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi və regional icra hakimiyyətlərinin fəaliyyətində hansı nöqsanlar var və islahatlar hansı istiqimətlərə yönəlməlidir?..

Partiya sədri: “Biz nəyinsə adını dəyişə bilərik, amma mahiyyət dəyişmirsə, burda islahatdan danışmaq mümkün deyir”.

“Mən düşünmürəm ki, bu iqtisadi regionlar üzrə səlahiyyətli nümayəndələr sistemi uğurlu olsun. Çünki bu səlahiyyətli nümayəndə sistemi necə olacaq, icra hakimiyyətləri necə olacaq, yeni sistemdə səlahiyyətlər necə bölünəcək, bu barədə hələ ki, heç bir məlumat və anlayış yoxdur”.

Bu sözləri Ağ Pariyanın sədri Tural Abbaslı Mərkəzi və regional icra hakimiyyətlərində islahat anonslarını PİA.az-a şərh edərkən bildirib.

Son zamanlar Azərbaycanda icra hakimiyyətinin islahatı yenidən gündəmə gəlib və hətta bu məsələyə prezident səviyyəsində toxunulub. Azərbaycanda icra orqanlarının fəaliyyətindəki əsas çatışmamazlıqlar nədən ibarətdir və bu çatışmamazlıqlar təkcə rayonların icra hakimiyyətləri səviyyəsindədir, yoxsa mərkəzi icra orqanlarında da çatışmamazlıqlar hiss olunur? Ümumiyyətlə 30 illik müstəillik dönəmində Azərbaycanın dövlət sistemində hansı nöqsanlar özünü biruzə verib?

Mövzunu PİA.az-ın əməkdaşı AG partiyanın sədri Tural Abbaslı ilə müzakirə edib.

Tural Abbaslı: “Mən düşünürəm ki, dövlət aparatının normal işləməməsinin səbəbi insanlar, yəni kadrlar deyil, ümumilikdə sistemdir, dövlət mexanizminin özüdür”.

“Təbii ki, dövlət aparatında və xüsusən də mərkəzi icra orqanlarında islahatlar aparmaq vacibdir və bu günün sifarişidir. Dünyanın bütün ölkələrində də dönəm-dönəm belə islahatlar aparılıb. Lakin demək olmaz ki, ən inkişaf etmiş ölkələrdə belə ideal dövlət aparatı yaradılıb. Yəni cəmiyyət həmişə inkişaf prosesində olduğu kimi, dövlət mexanizmi də inkişaf prosesindədir. Ona görə də dövlət sistemi yeni çağırışlara, yeni tələblər uyğun qurulur. Azərbaycanda da təbii ki, bu problem var. Çünki Azərbaycan dövlət aparatı daha çox sovet dönəmindən qalmadır və burdakı yenilik də Rusiyanın dövlət maçını ilə demək olar ki, eynilik təşkil edir. Buna görə də düşünürəm ki, Azərbaycan dövlət maşınını yenidən təşkil etmək, dərin islahatlar aparmaq vacibdir və bu artıq günün tələbinə çevrilib.

Açığı demək yazımdır ki, keçmiş raykomlar 30 il əvəl başçıya çevriliblər, keçmiş Mərkəzi Komitə isə Prezident Adminstrasiyası olub. Hökümətin strukturu da demək oalr ki, dəyişməyib. Əslində isə bütün siyasi və iqtisadi qərarlar PA-da qəbul olunur, Nazirlər Kabineti isə bu qərarları sadəcə olaraq imzalamaq üçün var. Yəni mövcud sistemdə qəbul olunmuş qərarlara görə qeyri-rəsmi olaraq məsuliyyəti PA daşısa da, rəsmi məsuliyyət NK-ya aiddir və bu formal xarakter daşıyır.

Rayon başçılarının səlahiyyətləri də raykomların birinci katiblərinin səlahiyyətləri ilə eynidir və deyim ki, rəsmi olaraq başçılar elə də böyük səlahiyyətlərə sahib olmasalar da, keçmiş raykomlar kimi, qeyri-rəsmi olaraq sərhədsiz səlahiyyətlərə sahibdirlər. Bu qeyri-rəsmi səlahiyyətlər o qədər böyükdür ki, onlar hətta bələdiyyələrin də bütün səlahiyyətlərini ələ keçiriblər. Yəni Azərbaycanda hakimiyyətin bölgü prinsipi tamamilə sıradan çıxarılıb.

Tural Abbaslı: “Kimsə, yenə də peşəkarlıq səviyyəsini nəzərə almadan öz qohumunu, ya da dostunu əsas vəzifələrə təyin edəcəksə, bu islahat olmayacaq. Bu halda biz, yenə də dövlət sistemində tayfabazlığın genişlənməsinin şahidi olacaq”.

Bu üzdən də yerlər, şəhər və rayonlarda bu idarəetmə sistemindən narazılıq var və bu narazılıq da getdikcə artır. Təsadüfi deyil bu gün bir çox icra başçıları və vəzifəli şəxslər korrupsiyaya qurşanıb və bu da 7, ya da 8 icra başçısının həbsi ilə nəticələnib. Həbs edilən icra başçılarının məhkəmələrindən də görünür ki, bu korrupsiyanın və qeyri-rəsmi səlahiyyətlərin səviyyəsi nə qədər böyükdür. Ümumiyyətlə regionların inkişaf səviyyəsi də göstərir ki, icra hakimiyyətlərin fəaliyyəti heç də ürəkaçan olmayıb. Regionların inkişafından danışırkən heç də yeni təyinat alan başçının özündən əvvəlki başçının təmir etdirdiyi bir neçə küçəni və parkı söküb yenidən tikməsindən bəhs etmirəm. Regionların əsas problemləri işsizliklə, ədalət sisteminin işləməsi ilə bağlıdır.

Mən düşünürəm ki, dövlət aparatının normal işləməməsinin səbəbi insanlar, yəni kadrlar deyil, ümumilikdə sistemdir, dövlət mexanizminin özüdür. Onu da qeyd edim ki, bu məsələdə zeniyyət dəyişikliyi də çox önəmli faktordur. Çünki sabah biz Amerikanın, ya da Avropanın ən inkişaf eləmiş dövlət mexanizmini Azərbaycanda tətbiq edərsək, bu sistem yenə də işləməyəcək. Ona görə də biz islahatlardan danışırkən, hər şeydən əvvəl yeni zehniyyətdən, yeni yanaşmadan danışmalıyıq. Yeni sistem, yeni yanaşma ilk növbədə beyinlərdə özünə yer tapmalı, orda özünü təsdiq eləməlidir. Yeni sistemdə başçı, ya da adına nə deyiriksə, elə köhnə başçının zehniyyəti ilə öz vəzifəsinə yanaşacaqsa, onda nəticə dəyişməyəcək. Yəni hər bir islahat hər şeydən əvvəl kompleks şəkildə həyata keçirilməsi ilə yanaşı, həm də beyinlərdə mənimsənilməlidir. Yəni hər şeydən əvvəl idarəetmə fəlsəfəsi, məmur tipajı dəyişməlidir, məmur psixologiyası dəyişməlidir, doğru-düzgün kadr seçimi aparılmalıdır və ancaq bu zaman demək olar ki, sistem islahatları uğurlu şəkildə aparılır. Kimsə, yenə də peşəkarlıq səviyyəsini nəzərə almadan öz qohumunu, ya da dostunu əsas vəzifələrə təyin edəcəksə, bu islahat olmayacaq. Bu halda biz, yenə də dövlət sistemində tayfabazlığın genişlənməsinin şahidi olacaq. Biz nəyinsə adını dəyişə bilərik, amma mahiyyət dəyişmirsə, burda islahatdan danışmaq mümkün deyir.

Tural Abbaslı: “Mənə görə, dövlət aparatında uğurlu islahat apara bilmək üçün hər şeydən əvvəl dövlət mexanizimində demokratik təsisatlar gücləndirilməlidir”.

Mən düşünürəm ki, dövlət aparatında gözlə görüləcək islahatların aparıması üçün əsas faktorlardan birinin hesabatlılığın artması, şəffaflığın ən üst səviyyəyə çıxarılması ola bilər. Hesabatlılıq və şəffalıq məmurun vətəndaş qarşısında, cəmityyət qarşısında məsuliyyini təmin etməlidir. Bu istər regional idarəçilikdə, istərsə də mərkəzi icra orqanlarında təmin olunmalıdır. Əgər bir məmur mənsub olduğu tayfa sisteminin qarşısında məsuliyyət daşıyırsa və buna görə davranırsa, o tayfanın maraqları üçün fəaliyyətini nizamlayırsa, onda heç bir effektliliyə nail olmaq mümkün olmayacaq. Çünki həmin məmur özünü qanunlara tabe tutmadığı kimi, vətəndaşın və cəmiyyətin qarşısında da məsuliyytini hiss etməyəcək.

Bizdə hələlik tək hakimiyyətlilik olduğuna və demək olar ki, heç bir müxalif düşüncənin, alternativ yanaşmanın seçkili orqanlarda yer almadığına görə hesabatlılığın və şəffaflığın da bu sistemdə təmin edilməsi də mümkün deyil. İndiki sistemdə nəzarət yoxdur və müxalifətin dövlət sistemindən tamamilə kanarda qalması bu nəzarətin olmasını imkansız edir. Çünki bu sistemdə qərar da, icra da, nəzatərdə, yoxlama da bir əldə toplanıb. Bu halda təbii ki, hansısa şəffaf və ədalətli cəmiyyətdən danışmaq mümkün deyil.

Ona görə də mən düşünmürəm ki, bu iqtisadi regionlar üzrə səlahiyyətli nümayəndələr sistemi uğurlu olsun. Çünki bu səlahiyyətli nümayəndə sistemi necə olacaq, icra hakimiyyətləri necə olacaq, yeni sistemdə səlahiyyətlər necə bölünəcək, bu barədə hələ ki, heç bir məlumat və anlayış yoxdur. Son illər biz nazirliklərin rayon şöbələrinin üzərində regional idarələrin yaradılmasının şahidi olmuşuq. Bu regional idarələrin heç bir müsbət dəyişiklik yarada bilmədiklərini də görürük. İqtisadi regionlar üzrə səlahiyyətli nümayəndələr sisteminin idarəetmədə kardinal dəyiişiklik yarada bilməsisinə də açığı mən o qədər də inanmıram. Çünki faktiki olaraq sistemin fəlsəfəsi dəyişmir. Bu fəlsəfə dəyişmirsə, orda kimin təmsil olunmasından asılı olmayaraq, səlahiyyətli nümayəndələrin iş metodunda da heç bir şey dəyişməyəcək.

Mənə görə, dövlət aparatında uğurlu islahat apara bilmək üçün hər şeydən əvvəl dövlət mexanizimində demokratik təsisatlar gücləndirilməlidir. Cəmiyyətdə alternativlik, rəqabət sistemi yaradılmalıdır, siyasi partiyaların fəaliyyəti kukla teatrı fəlsəfəsindən çıxarılmalı və onlara təbii yarış atmosferi yaradılmalıdır. Yalnız bundan sonra, yəni qarşılıqlı rəqabətdən doğan keyfiyyətli kadr bankı və səmərəli dövlət mexanizmi qurmaq mümkündür. Yoxsa 3 il bir metodu sınaqdan çıxarmaqla, daha sonra başqa təcrübələrə başlamaqla işlək və səmərəli dövlət mexanizmi qurmaq mümkün deyil. Açığı mən bu metodlarla həyata keçirilən islahatların uğurlu ola biləcəyinə inanmıram”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar