Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya televiziyasında qalmaqal: Nüvə hücumunun xəritəsi yayımlandı - Foto

Rusiya ilə Ukrayna arasında müharibə 66 gündür davam edərkən, Rusiya dövlət televiziyasında şərhçilər və ekspertlər Moskvanın nüvə silahından istifadə ehtimalını müzakirə ediblər.

Rusiyanın “Rossiya 1” dövlət televiziyasında yayımlanan canlı müzakirə proqramında iştirak edən ekspertlər və moskvayönlü analitiklər xəritədə Rusiyanın Avropaya nüvə raketləri göndərə biləcəyi şəhərləri göstəriblər.

"60 dəqiqə" televiziya proqramında Rusiyadan atılacaq nüvə raketlərinin bir neçə saniyə ərzində Avropanın paytaxtlarına çata biləcəyi bildirilib. Proqramda çıxış edən sağçı siyasətçi Aleksey Juravlyov “Sarmat raketi göndərsək, Britaniya adaları deyə bir şey olmayacaq” deyib.

Verilişin qonağı olan başqa bir siyasətçi Avropanın da nüvə silahı ilə cavab verə biləcəyini söyləyərək, “Müharibə bu nöqtəyə gəlsə, heç kim sağ qalmaz” deyib. Bu açıqlamadan sonra Juravlyov “Biz hər şeyi sıfırdan başlayırıq. Bizi dövlət terroru törətməkdə ittiham edirlər”, - deyə o bildirib.

Televiziyada yayımlanan xəritədə raketlərin Rusiyanın Kalininqrad bölgəsindən göndəriləcəyi təqdirdə raketlərin Berlinə 106, Parisə 200, Londona isə 202 saniyəyə çata biləcəyi bildirilib.

Bir müddət əvvəl Putin ölkəsində inkişaf etdirilən hipersəs raketlərinin bütün müasir müdafiə sistemlərini məğlub edə biləcəyini deyərək, payıza doğru Böyük Britaniyanı vura biləcəklərini bildirmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Ən çox oxunanalar