Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda süni qiymət artımına səbəb olan amillər açıqlanıb

Bazarda müşahidə olunan qiymət artımının süni olması ilə bağlı fikirlərə tez-tez rast gəlinir. Bunu daha çox məhsulun ilkin istehsalçıları - əsasən də fermerlər dilə gətirirlər.

Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də bu məsələyə toxunulub. Ölkə başçısı antiinflyasiya tədbirlərinin gücləndirilməsi zəruriliyinə toxunaraq, süni qiymət artımına yol verilməməsinə çağırıb.

Ekspert Eldəniz Əmirov “Report”a bildirib, hazırda bazarda müşahidə edilən qiymət artımını birbaşa süni qiymət artımları ilə əlaqələndirmək olmaz:

“Daxili istehsal, maya dəyərinin daha yuxarı həddə formalaşması, idxaldan asılılıq, qlobal inflyasiya, Rusiya-Ukrayna münaqişəsindən yaranmış iqtisadi problemlər də nəticədə bazarlarda bu gün müşahidə edilən ciddi qiymət artımlarına gətirib çıxarıb. O ki qaldı konkret olaraq süni qiymət artımlarına, bunun da səviyyəsi məhz bazarlarda qiymətin daha yuxarı formalaşmasına gətirib çıxarır”.

Ekspert süni qiymət artımına səbəb olan amillərə də toxunub:

“Hazırkı vəziyyətdə fermerlərin tarlalardan, sahələrdən becərdikləri məhsullara qoyduqları qiymətlər ilə həmin məhsulun marketlərdə satış qiymətləri arasında olan fərqə baxsaq, görərik ki, bu, 100 % ətrafındadır. Tarladan 1 manata satılan məhsul marketlərdə 2 manata, bəzən daha yuxarı qiymətə satılır. Adətən Avropada bu fərq təxminən 30 %, bəzən daha 50-55 % olur. O ki qaldı bu fərqin yaranmasının səbəbinə, burada bir neçə amil öz rolunu oynayır. Ən başlıcası, topdansatış yerlərində müəyyən edilmiş qiymətlərdir.

Bəlli məhsulun istehsalçısı da çoxdur, alıcısı da. Amma topdansatış yerləri o qədər də çox deyil. Yəni normal rəqabət mühitinin olmadığıını müşahidə edə bilirik. Bu da qiymətin təyin olunması kimi bir məsələni gündəmə gətirir, daha doğrusu, son istehlakçı və fermer arasında olan vasitəçilərin davranışlarından dolayı bu qiymət artımları müşahidə edilir.

Həm buğda satışı yerlərinin məhdudluğu, həm də onların saylarının rəqabət aparacaq qədər çox olmaması və eyni zamanda, təsərrüfat subyektlərinin sayının çoxluğu, fermerdən sonra istehlakçıya çatan nöqtələrdə yaradılan problemlər məhsulun baha başa gəlməsinə səbəb olur. Bunu da biz öz leksikonumuzda süni qiymət artımları kimi ifadə edirik”.

E.Əmirov hökumətin bu istiqamətdəki tədbirlərini yüksək qiymətləndirdiyini də bildirib:

“Düşünürəm ki, Milli Məclisdə Rəqabət Məcəlləsinin qəbul olunması bu məsələyə öz təsirini göstərəcək. Eyni zamanda, bu qiymət artımlarının daha silsiləli şəkil almaması üçün ölkənin 68 şəhər və rayonunda vaxtaşırı monitorinqlər həyata keçirilir. Bir müddət əvvəl antiinflyasiya tədbirləri çərçivəsində qoyulmuş tapşırıqlardan biri də məhz bu idi”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ən çox oxunanalar