Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AP-də nasist salamı verən deputat cərimələndi

Avropa Parlamentində (AP) nasist salamı verən bolqar millətçi deputat Angel Dzhambazkini cərimələnib.

Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasının iclasında prezident Roberta Metsola, AP nizamnaməsinin 176-cı maddəsinə əsasən, Bolqarıstan deputatı Angel Dzhambazkiyə uyğun olmayan nasist Salamına görə 6 günlük müavinətin kəsiləcəyini bildirib.

Sözügedən qərarın martın 31-də Bolqarıstan millət vəkilinə çatdırıldığını bildirən Metsola, Dzhambazkinin parlament qaydalarına uyğun olaraq şikayət etmək hüququna malik olduğunu bildirib.

Bolqarıstan Milli Hərəkat Partiyasından (VMRO) deputat olan Dzhambazki fevral ayında Fransanın Strasburq şəhərində AP Baş Assambleyasının kürsüsündə çıxış edib.

AP-də Avropa Mühafizəkarlar və İslahatçılar (ECR) qrupunda partiyasını təmsil edən Dzhambazki çıxışında avropalı parlamentarilərə, "Nə deyəcəyimizə və nə edə bilməyəcəyimizə qərar verməyinizə icazə verməyəcəyik. Yaşasın Orban və Fidesz, yaşasın Kaçinski və PiS (Qanun və Ədalət Partiyası), yaşasın Bolqarıstan və bizim milli dövlətimiz”, -sözləri işlədib.

Çıxışından sonra tribunadan enən Dzhambazki zaldan çıxarkən sol əli ilə pencəyinin ön hissəsini düymələyib və nasist Salamı verib.(unikal)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Prezident İlham Əliyev Moskvada "Rossiya 1" televiziya kanalına müsahibə verib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay