Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maestro Niyazinin bilinməyən gizlinləri: Hakim, federasiya prezidenti, yoxsa ağır atlet? - Fotofakt

Maestro Niyazi Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti, çempion və rekordçu olub.

Bu barədə məlumatı AAAF-ın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev bildirib.

Onun sözlərinə görə, məşhur dirijor və bəstəkarımız Maestro Niyazi gənc yaşlarında ağırlıqqaldırma ilə məşğul olub:

“O, “Dinamo” cəmiyyətinin bu idman növü üzrə yarışlarında birinciliklər qazanıb, 16-18 yaşlarında yüngül çəki dərəcələrində BakıAzərbaycan çempionatlarında iştirak edib, yüksək nailiyyətlər əldə edib. Sonradan Konservatoriyaya daxil olan və əsasən musiqi ilə məşğul olan incəsənət xadimi idmandan ayrılmayıb.

Niyazi II Dünya Müharibəsindən sonra – 1948-1955-ci illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bədən tərbiyəsi və idman idarəsinin Respublika ağır atletika bölməsinin sədri (indi analoji vəzifə AAAF prezidentidir) vəzifəsində çalışıb.

Ona həmçinin Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bədən tərbiyəsi və idman idarəsi tərəfindən ağır atletika idman növü üzrə Respublika dərəcəli hakim adı da verilib. Uzun müddət bu postu tutan Maestro bir çox idmançının yetişməsinə, onların İttifaq və beynəlxalq səviyyəli yarışlara qatılmasına kömək edib”.

Təqdim etdiyimiz şəkillərdən birində 1929-cü ildə ağırlıqqaldırma idmanı üzrə Ümumi Bakı ictimai yarışında iştirakı zamanı, ikinci yeri tutduğuna görə Bakı Bədən Tərbiyəsi Şurası tərəfindən Maestroya verilən diplomdur. Digər fotolarda Maestronun məşq etdiyi məqam, həmçinin hakim və rəhbər olduğunu təsdiq edən vəsiqələri görünür.

Qeyd edək ki, məşhur bəstəkarımız Üzeyir Hacıbəyovun qardaşı oğlu olan Niyazi Tağızadə (Hacıbəyov) 1912-ci ildə Tiflisdə anadan olub. SSRİ xalq artisti olan Niyazi 1984-cü ildə Bakıda dünyasını dəyişib.(oxu.az)

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Malidə "Vaqner"in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürülüb

Paris-2024: Azərbaycanın üç idmançısı mübarizəyə başlayır

Ən çox oxunanalar